İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib - FOTOLAR
29-10-2025 [19:08]
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul edib.
Mia.az xəbər verir ki, qonaq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, bu xüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması münasibətilə dövlətimizin başçısını təbrik etdi, bunun bütün regionda sülhün təmin olunmasına və inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirdi.
Mirça Abrudean bu gün Bakıda Milli Məclisin xətti ilə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirakdan məmnunluğunu ifadə etdi, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu dedi.
Azərbaycan ilə Rumıniyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğuladı. Senatın sədri ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, həmçinin beynəlxalq parlament təsisatlarında əməkdaşlığın önəmini qeyd etdi.
Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycan Ermənistanla arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı məsələdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxundu, bu istiqamətdə əldə olunmuş nailiyyətlərin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyini dedi.
Söhbət zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə Buxarestdə Xəzər dənizinin dibi ilə elektrik kabel xəttinin tikilməsi layihəsinin önəmi vurğulandı, bunun ölkəmizin və Mərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerji resurslarının Avropa bazarlarına çıxarılması baxımından əhəmiyyətinə toxunuldu.
Görüşdə Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Ramiz Mehdiyevin nəvəsi Bakıda 630 min manatlıq maşında - VİDEO
Suriya Kosovonu dövlət kimi rəsmən tanıdı
İstanbul boğazında qəza: 4 nəfər xilas olunub
Litva Belarusla sərhədi bir aylıq bağladı - Səbəb açıqlandı
Ceyhun Bayramov Özbəkistana gedib
Yeni Aparat rəhbəri kimdir? - Tərcümeyi-hal
Qazaxıstanın Ali Məhkəmə Şurasının sədri Azərbaycan Ali Məhkəməsində olub - Görüş + FOTO
Səfirlik Monteneqroda azərbaycanlılara hücumla bağlı açıqlama yaydı: "Proses diqqətədir..."
Ərdoğan Öcalanla görüşən heyəti qəbul edəcək - Sabah bu saatda...
Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışı olub - FOTO
CHP-li keçmiş bələdiyyə sədri saxlanılıb
"DTX ciddi orqandır, istintaqın şəffaf gedəcəyi və..." - Deputat adının Ramiz Mehdiyevlə hallanmasına belə reaksiya verdi
BU MƏHKƏMƏLƏRƏ HAKİMLƏR TƏYİN OLUNDU - Sərəncam + SİYAHI
Şirvanda zəlzələ oldu
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prokuror Tağı İbrahimova 9 il cəza istəyib
Ziraat kuboku: Super Liqa komandası həvəskar komandaya uduzdu
"Real Madrid"in baş məşqçisi məşhur hücumçunu vurmaq istəyib - Bu görüntüyə görə (FOTO)
İsrail Qəzzanı bombardman elədi - Daha 104 nəfər həyatla vidalaşıb
Teymur Musayev ÜST-də vəzifə alıb
"Bolmart” supermarketlər şəbəkəsi qapadılır? - Yoxlama gedir
Azərbaycan və Oman arasında viza rejimi ləğv olunub
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
"Mirzə Fətəli 31 ünvanında yerləşən binaya gəlincə..." - Bakı İH-dən tarixi binaların sökülməsi xəbərinə reaksiya
"Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb
Luçano Spalletti: "Hər kəs "Yuventus"da olmaq istəyər"
Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında maarifləndirmə işi aparılıb - FOTOLAR
Azərbaycan və Oman XİN başçıları arasında görüş olub
Əməkdar artist vəzifədən azad olunub
Onlara vəzifə verildi - Kolleclərdə
"Təqaüddə olan adamam, nə işə qarışmalıyam?" - Keçmiş Baş nazir
Kifayət Mustafayeva UEFA-dan təyinat alıb
PREZİDENT BU NAZİRLİYƏ ƏLAVƏ SƏLAHİYYƏT VERDİ - Sərəncam
AMEA-da yoxlama davam edir
50 yaşlı kişi dəm qazından ölüb
Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün "Bakcell"in lotereyasında 4-cü avtomobil sahibi seçiləcək!
Milli Məclisdə beynəlxalq parlament konfransı keçirilib (Yenilənib)
Sabah yağış yağacaq - Proqnoz
İstanbulda Qərbi Azərbaycan məsələsi müzakirə olundu - FOTOLAR