Sabah iki rayonun bəzi ərazilərində qaz olmayacaq - Xəbərdarlıq

img

23-10-2025 [17:16]


Sabah Göyçay və Bakının Binəqədi rayonlarının bəzi ərazilərinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Mia.az "Azəriqaz" İstehsalat Birliyinə istinadla xəbər verir ki, Göyçay rayonundakı qaz xətlərində aşkar olunmuş sızmaların ləğvi, yeni krantların və tənzimləyici şkafların quraşdırılması, həmçinin paytaxtın Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar oktyabrın 24-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Göyçay şəhərinin və rayonun 27 kəndinin, həmçinin paytaxtın Binəqədi rayonu, Ə.Naxçıvani, S.Bəhlul küçələrinin və Atatürk prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA