BMT: "Qəzza zolağında 61 milyon ton dağıntılardan ibarət tullantı toplanıb"

img

23-10-2025 [16:45]


"İsrailin hücumları nəticəsində Qəzza zolağı 61 milyon ton dağıntı ilə örtülüb. Bölgədə hazırda bu qədərdən çox dağıntılardan ibarət tullantı var".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) açqılayıb.

UNRWA-dan videogörüntü paylaşılaraq bildiiriliib ki, bu tullantılar bölgədən tmizlənmədən yenidənqurma bərpa işləri aparmaq mümkün deyil: "Görürsünüz ki, bəzi məhəllələr xarabalıqları xatırladır. Bu dağıntlar içində fələstinli ailələr hələ də İsrailin humanitar yardıma məhdudiyyətlər qoyduğu halda ayaqda qalmağa çalışırlar. Onlar dağıntılar arasında özlərinə sığınacaq və su tapmaqda çətinlik çəkirlər...”.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA