Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - Prezident sərəncam imzaladı
22-10-2025 [12:59]
Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
MİA.AZ xəbər verir ki, sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncamda həmçinin deyilir:
2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur.
Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.
Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etmişdir. Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi.
Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınmış, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalmış, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulmuşdur. Yalnız ötən əsrin sonlarında əldə etdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəliş yollarını işıqlandırmış, mühüm problemlər sırasında latın qrafikalı ümumtürk əlifbasının tətbiqini bir daha aktuallaşdırmışdır.
Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür.
Rusiya uşaq bağçasını bombalayıb - Ölən və yaralananlar var
ARVAD ƏRİNİ GÜLLƏLƏYİB, DAHA SONRA İSƏ... - Bakıda dəhşətli hadisə
Türkiyə ilə Qətər arasında yeni müqavilələr imzalanıb - SİYAHI
AAYDA-ya məxsus şirkətlərin böyük məbləğdə borcları üzə çıxdı - Niyə ödənməyib? (SİYAHI + MƏBLƏĞLƏR)
İlham Əliyev Yaqub Eyyubova "İstiqlal" ordeni verdi: "Siz canla-başla, sədaqətlə..." - FOTOLAR (Yenilənib)
Gülnarə Muxtarova vəzifədən azad olunub
YENİ MEDAL TƏSİS EDİLDİ - FOTO
Ramiz Mehdiyevi "Ağsaqqal"ı sayan məmurlar...
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
Mərkəzi Bankdan Ramiz Mehdiyevin gəlinin adına olan bankla bağlı açıqlama: "...hər hansı bir problem yoxdur"
İsrail telekanalında Türkiyə açıq şəkildə təhdid edilib: "Türk qoşunları bölgəyə girərsə...."
İsrail Fələstinin qanuni ərazilərində hərbi nəzarət məntəqələri yaradıb - Həbslər genişlənib
Estoniya Azərbaycanda səfirlik açacaq
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - Prezident sərəncam imzaladı
Prezident Dabaq xəstəliyi ilə bağlı yeni qanunu təsdiqlədi
Müğənni Təranə: "Musa həmişə Allaha dua edir ki, birinci mənim canımı al, çünki..."
Sabah yağış yağacaq - Proqnoz
Nazirlikdə dəyişiklik olub - Yeni təyinat
Türkiyədə qanunsuz yaşayanlara qarşı reydlər artırılıb - 169 "miqrant alverçisi" tutulub
Mal əti bahalaşdı - Yeni qiymətlər
Qalib Bayramovun məhkəməsi başlayıb
Partiya sədrləri arasında toqquşma: "Əli Həsənov dedi ki, o, bu yaşdan sonra pula satılmaz”
Böyük an yaxınlaşır! Bu gün bir nəfər lüks avtomobil qazanacaq
Kamran Əliyev Braziliyaya səfər edib
Azərbaycanın valyuta ehtiyatları 80 milyard dolları ötüb
Mərkəzi Bank uçot dərəcəsi və faiz dəhlizinin yuxarı həddi barədə qərar verib - Açıqlama
Məhkəmə Ekspertiza Mərkəzinin keçmiş əməkdaşı cinayət işi açılıb
Paşinyan: "İlham Əliyevin qərarı çox pozitivdir"
AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda - AÇIQLAMA + FOTO
Vəkil Bəhruz Bayramovun mənzili qarət olunub - FOTO
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülən vəsait... - Baş nazir qərar imzalayıb
Qərib Məmmədovu Ramiz Mehdiyevə bağlayan gizli tellər... - Sabiq deputat keçmiş komitə sədrinə qarşı elə iddialar irəli sürdü ki...
Azərbaycan QHT-ləri Xankəndidə toplaşdı - 3-cü Əməkdaşlıq Forumunda hansı tesizlər səsləndi? (FOTOLAR)
Qurban Qurbanov: “Çox çətin oyunlarımız var” - “Atletik”lə oyun öncəsi baş məşqçi jurnalistlərin qarşısına çıxdı
“Qızımın gəlinlik donu ilə bağlı nişanlısı, onun ata və anası evimdə dava-dalaş saldılar” - 19 yaşlı Ləmanın dramı...
Ekvadorda güclü zələzlə olub - 5,5 bal gücündə
Azərbaycan neftinin qiyməti 63 dollara çatır
Qarabağa necə səfər etmək olar? - Polis cavab verir + VİDEO