Azərbaycan QHT-ləri Xankəndidə toplaşdı - 3-cü Əməkdaşlıq Forumunda hansı tesizlər səsləndi? (FOTOLAR)
22-10-2025 [09:50]
Oktyabrın 19-20-də Xankəndidə “Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumu" işə başlayıb.
Mia.az xəbər verir ki, 300 nəfərə yaxın şəxsin iştirak etdiyi forum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutan sayca 3-cü genişmiqyaslı və mütəşəkkil tədbirdir.
“Qarabağ Azərbaycandır” devizi ilə, 2025-ci ilə aid “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən forimin rəsmi tərəfdaşı “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyidir.
Xankəndi Konqres Mərkəzində keçirilən təbdirdən əvvəl forum iştirakçıları Qarabağ Universitetinə baş çəkib, habelə, Xocalı rayonu ərazisində yerləşən Ballıca kəndində ağacəkmə aksiyasında iştirak edib.
Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Sosial sərmayələr departamentinin direktoru Xalid Rəcəbov, ”Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev vətəndaş cəmiyyəti qurumlarının ölkənin suverenlik yolunda, işğaldan azad edilən ərazilərdə fəaliyyət və beynəlxalq aləmdə əməkdaşlıq sahəsində yeri və rolu barədə fikirlərini bölüşüblər.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bildirib ki, Azərbaycanda dövlət-QHT münasibətlərinin yeni mərhələyə yüksəlib: “Məqsəd yalnız müxtəlif layihələr maliyyələşdirmək deyil, onun təsirini, özü də sistemli təsirini ölçə bilmək, layihələri mütərəqqi ictimai dəyərə çevirməyə nail olmaqdı. QHT sektorunda canlanma, yüksək əhval-ruhiyyə, işgüzarlıq mühiti, proaktiv fəaliyyət müşahidə edilir. Hədəf auditoriyaya yönəlik işlər, ölçüləbilən nəticələr önə çıxır, hesabatlılıq artır”.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, QHT-lərin fəaliyyətində müasir dünyanın çağırışları yer almalıdı, layihə yönümlü fəaliyyətin yerini proses yönümlü sistem tutmalıdır: “İndi vətəndaş cəmiyyətinin gələcəyi barədə düşünmək, onun yeni inkişaf mərhələsindəki rolunu yenidən dəyərləndirmək zərurəti daha aydın görünür. Qələbədən sonrakı dövrdə artıq təkcə layihə icra etmək deyil, ictimai proseslərə davamlı təsir göstərmək, idarəetmənin fəal iştirakçısına çevrilmək ehtiyacı yaranır. Uzun illər ərzində QHT-lərin fəaliyyəti layihə prinsipi üzərində qurulub. Bu model sosial sahələrdə müəyyən nəticələr versə də, dayanıqlı sistem yaratmaq gücünə malik olmayıb. Layihələr başa çatdıqdan sonra əldə olunan təcrübə çox vaxt davamlı təsirə çevrilməyib. Halbuki cəmiyyətin inkişafı bir dəfəlik tədbirlər və epizodik təşəbbüslərlə deyil, ardıcıl proseslər, formalaşmış mexanizmlər və davamlı sosial əlaqələr vasitəsilə təmin olunur.
Bu, vətəndaş cəmiyyətinin özünütəşkil modelinə dair strateji çağırışdı. QHT-lərin layihələri müəyyən məqsədin ifadəsidirsə, proses həmin məqsədin daimi idarəetmə mexanizminə çevrilməsidir. Belə bir baxış vətəndaş cəmiyyətini layihə icraçısı rolundan çıxararaq, ictimai sistemin intellektual və etik hissəsi səviyyəsinə yüksəldir. Yeni mərhələdə QHT-lər qərarların hazırlanmasında bilik və məlumat istehsalçısına çevrilməli, sosial analiz aparmalı, dövlət və vətəndaş arasında etimad körpüsünü gücləndirməlidi. Rəqəmsal dövrdə fəaliyyət göstərən təşkilatlar üçün etik idarəetmə və şəffaflıq prinsipləri artıq əlavə meyar deyil, davamlılığın əsas şərtinə çevrilib”.
Forumun işi panel müzakirələrdə davam edib.
“Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirəsində əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Milli Məclisin sədr müavini, “Nəsimi” operasının librettosunun müəllifi, akademik Rafael Hüseynov, türkman irsi üzrə tədqiqatçı Orxan İsayev maraqlı müzakirə aparıb. İraq Türkman Cəbhəsinin rəhbəri Ərşad Salehinin, Suriya Türkman platformasının təsisçisi Esad Arberin isə panel iştirakçılarına videomüraciəti nümayiş edilib.
“WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar” adlı panel müzakirəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdir müavini Günel Məlikova, WUF13 Koalisiyasının üzvü Amin Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov iştirak edib.
“Rəqəmsal QHT” konsepsiyası: süni intellekt və rəqəmsal həllər” adlı panel müzakirəsində “Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi” İctimai Birliyinin sədri Osman Gündüz, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Süni İntellekt Mərkəzinin nümayəndəsi Orxan Namazov və Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
“Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası” adlı panel müzakirəsində isə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov, “Gilavar Foto Klubu”nun rəhbəri Rəşad Mehdiyev, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova mövzuya dair fikirlərini bölüşüb. Müzakirələrdə qeyd olunub ki, son 2 ildə Azərbaycan QHT-ləri regionda və dünyada öz iradəsini ortaya qoyub: bu ilin aprelində 115 ölkədən nüfuzlu QHT-lərin iştirakı Qlobal Cənub QHT Platformasının təsis edilməsi xüsusi vurğulanmalıdı. Bakı artıq Qlobal Cənub QHT Platformasının daimi mənzil qərargahıdı.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli Qlobal Cənubun fəlsəfəsini izah edib: “QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətini gücləndirilməsinə effektiv yardım göstərməyə qədər inkişaf edib, yeni keyfiyyət qazanıb. Qlobal Cənub QHT Platformasının yaradılması, rəhbərliyinin ölkəmizə həvalə milli QHT sektorunun, Azərbaycan Milli QHT Forumunun artan potensialını, gücünü nümayiş etdirdi. Bu onu göstərir ki, əsas məqsədlərdən birinə – QHT-lərin inkişaf siyasətinin milli inkişaf prioritetlərinə uyğunlaşdırılmasına nail olunub. Artıq inamla deyə bilərik ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğurları ilə hər bir azərbaycanlı qürur duya bilər”.
O da bildirilib ki, 2022-ci illə müqayisədə 2024-cü ildə Azərbaycanda yeni QHT-lərin dövlət qeydiyyatına alınması 4 dəfə aşağı düşüb. Yeni QHT yaratmağa dair rəsmi müraciətlərin sayı isə 2022-ci illə müqayisədə bu il 3 dəfə aşağı enib. Bu rəqəmlər onu göstərir ki, QHT fəaliyyəti ilə məşğul olmaq istəyənlər bu işin mürəkkəbliyi və ciddiliyini artıq daha yaxşı dərk edir.
Qeyd edək ki, forumun sonunda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Tədbir bədii hissə ilə başa çatıb. Bədii hissədə xalq artisti Mübariz Tağıyev, əməkdar artistlər – Ramil Qasımov, Samirə Əliyeva, Ehtiram Hüseynov, gənc ifaçı İlkin Dövlətov mahnılar ifa edib, rəqs kollektivləri çıxış edib.
Xatırladaq ki, forumun işində mia.az-ın əməkdaşı, həmçinin “Hüquqi İnkişaf və Demokratiya” İctimai Birıiyinin sədri Zülfiyyə Mustafayeva da iştirak edib.
Zülfiyyə Mustafayeva
Mia.az
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib