İsrail Fələstinin qanuni ərazilərində hərbi nəzarət məntəqələri yaradıb - Həbslər genişlənib

img

22-10-2025 [13:24]


Bu gün israil ordusu İordan çayının qərb sahilinin bir neçə bölgəsində həbslər həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumat açıqlayıb.

Bildirilib ki, Hebron, Qalkilya, Tulkərim, Nablus, Tubas, Cenin, Şərqi Qüds və Bira şəhərlərinə basqın edın İsrail hərbçiləri Fələstinin qanuni ərazilərində hərbi nəzarət məntəqələri yaradıb: "Bununla yanaşı, İsrail əsgərləri heç bir səbəb göstərmədən fələstinlilərin evlərində axtarış aparıb və ümumilikdə 45 nəfəri həbs edib,  bəzi fələstinliləri isə döyüb, alçaldıblar..."

Məlumatda deyilir ki, saxlanılanlar arasında bir uşaq da var.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA