Türkiyədə qanunsuz yaşayanlara qarşı reydlər artırılıb - 169 "miqrant alverçisi" tutulub

img

22-10-2025 [12:19]


Türkiyədə qanunsuz yaşayanlara qarşı reydlər artırılıb

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Onun sözlərinə görə, 81 şəhər üzrə həyata keçriilən intensiv yoxlamalar zamanı 169 "miqrant qaçaqmalçısı" olmaqla, 783 qeyri-qanuni miqrant saxlanılıb: "Reydlər zamanı 430 454 nəfərin şəxsiyyəti yoxlanılıb, onlardan 783 nəfərinin qeyri-qanuni miqrant, yəni, ölkəmizdə qanunsuz yaşamaları təsdiqlənib. Bununla yanaşı, ölkəmizə qanunsuz miqrant axını ilə məşğul olan 132-si xarici ölkə vətəndaşı olmaqla 169 miqrant qaçaqmalçı tutulub. Onlar barədə istintaq davam edir".

Nazir qanunsuz miqrantların deport olunacağını da sözlərinə əlavə edb.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA