Qərib Məmmədovu Ramiz Mehdiyevə bağlayan gizli tellər... - Sabiq deputat keçmiş komitə sədrinə qarşı elə iddialar irəli sürdü ki...

img

22-10-2025 [10:03]


"Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olan Qərib Məmmədovun səsi gəlmir. Qərib Məmmədov 1997–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin, 2001–2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuşdur. İndi Mehdiyevin hüdudsuz torpaq sahələrinin siyahısı verilir. Qərib Məmmədovun sərəncamı olmasa, o torpaqlara Ramiz Ənvəroviç necə sahib çıxa bilərdi?"

Mia.az xəbər verir ki, bu sözləri sosal media səhifəsində sabiq deputat Etibar Əliyev yazıb.

Onun sözlərinə görə, Ramiz Mehdiyev də  AMEA prezidenti təyin olunduqdan sonra Qərib Məmmədovun yanında xəcalətli qalmayıb: "2020 - ci ildə R. Mehdiyev AMEA-nın müxbir üzvü Əlövsət Quliyevi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edib və onun yerinə akademik Qərib Məmmədovu təyin etmişdi. Ramiz Mehdiyevlə Qərib Məmmədov AMEA-nın əməkdaşlarının bağ sahələrini əllərindən alıblar.

AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarına əsasən “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan, torpaq sahəsindən müvəqqəti istifadə üçün AMEA-nın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılıb. Ramiz əkə kasıb əməkdaşların bu sevincinə də son qoyub. Onların bağ sahələrinin əllərindən alınması tapşırığını birbaşa Ramiz Mehdiyev verib. AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri Elton Məmmədov (Ziya Məmmədovun qardaşı), müdir müavini Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəninin qardaşı) bu məsələdə birbaşa maraqlı olublar. AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən akademik Qərib Məmmədovun isə bu işdə xüsusi rolu olub. Dövlət babaya xəyanət edənlərə ar olsun!".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA