Çempionlar Liqası: "Barselona" yunanları darmadağın edib, "Kayrat" isə... (Yenilənib)

img

21-10-2025 [22:53]


Bu gün saat 20.45-də Çempionlar Liqasının üçüncü turu çərçivəsində iki oyuna start verilib.

Mia.az xəbər verir ki, qeyd edilən vaxtda "Barselona" doğma meydanında Yunanıstanın "Olimpiakos" komandasını qəbul edib.

Bu oyunda "Barselona" rəqibi "söküb". Oyunun 7-ci dəqiqəsində Lopez hesabı açıb.

39-da Lopez 2-ci qla imza atıb - 2:0.

68-də Lamal, 74-də Raşford, 76-da yenə Lopez, 79 isə Raşford daha bir qola imza ataraq hesabı artırıblar - 6:1

Yunanların yeganı qolunu El Kabi 54-də vurub.

Onu da qeyd edək ki, 57-ci dəqiqədə yunanların futbolçsu Hezzi 2-cı sarı kartla meydandan qovulub.

Oyun bu hesabla başa çatıb.

Turun digər oyununda isə Qazaxıstanın "Kayrat" komandası Kiprin "Pafos" komandasını evində sınağa çəkib. Bu oyunda kiprlilər 4-cü dəqiqədə azlıqda qalsa da, qazaxlar bu üstünlükdən yararlana bilməyiblər.

Matçda hesab açılmayıb - 0:0.

Oyun bu heasabla başa çatıb.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA