İsrail hərbçisi İordan çayının qərb sahilində fələstinlini güllələyib - Ramallah da yeni qanunsuz tiklilyə başlanılıb

img

21-10-2025 [19:23]


İsrail hərbçisi İordan çayının qərb sahilində fələstinlini güllələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Qeyd edlib ki, bu günı İsrail ordusu İordan çayının qərb sahilində  yerləşən Ceninin cənubundakı Kefr Rai kəndində zeytun bağında çalışan bir fələstinlini güllələyib: "Başından vurulan şəxs ağır yaralı halda xəstəxanaya apaırlıb".

Məlumatda deyilir ki, bundan sonra İsrail hərbçilərinin müşaiyətiylə Ramallah şəhərinin Um Səfa kəndində qazıntı və torpaq genişləndirmə işşlərinə start verilib: "İsrail bununla da qanuni Fələstin torpaqlarında qanunsuz şəhərciklər salmaq planını davam etdirmək niyyətindən əl çəkmədiyini növbəti dəfə təsdiqləyib"

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA