Azərbaycan və Ermənistan parlament sədrləri bir araya gəldi - Cenevrədə + FOTO

img

21-10-2025 [13:47]


Azərbaycan və Ermənistan parlament sədrlərinin oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Asambleyası çərçivəsində ikitərəfli görüşü keçirilib.

Mia.az xəbıər verir ki, bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.

Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını vurğulayıblar.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA