"Meydanda möhkəm olmağa çalışacağıq" - Qurban Qurbanov

img

21-10-2025 [21:57]


"Bizim üçün çox vacib oyundur. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq".

Mia.az xəbər verir ki, bu sözləri sabah Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə qarşı səfərdə oynayacaqları matçla bağlı keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, rəqib komanda və baş məşqçisi çox təcrübəlidir: ""Atletik" özünəxas oyun üslubu olan bir klubdur. Həm müdafiədə, həm də hücumda aqressov oyun nümayiş etdirə bilirlər. Bizim də Avrokuboklarda təcrübəmiz ildən-ilə artmaqdadır. Rəqib komanda bu görüşdə qalib gəlmək istəyir. Sabahkı matçda futbolçular meydanda çox hərəkət etməli olacaqlar. Meydanda möhkəm olmağa çalışacağıq. "Atletik"in oyun tempinə davam gətirmək istəyirik".

Xatırladaq ki, oyun sabah saat 20:45-də başlayacaq.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA