AFFA bu klubu cərimələyib

AFFA bu klubu cərimələyib

İDMAN

21.10.2025, 13:34

AFFA İntizam Komitəsi "Neftçi" klubunu 9700 manat cərimələyib.

Mia.az xəbər verir ki, buna Misli Premyer Liqasının VIII turunda "Araz-Naxçıvan"la matçda (2:2) yaşananlar səbəb olub.

"Ağ-qaralar" dörd futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Meydan sahiblərinin azarkeşləri rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib ki, bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün kluba 6000 manat cərimə tətbiq edilib. Bundan əlavə, fanatlar rəqib oyunçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirdiyinə görə "Neftçi" 3000 manat ziyana düşüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR