"Qalatasaray"ın prezidenti Çempionlar Liqası oyunundan əvvəl bütün maaşları ödəyib

img

21-10-2025 [15:55]


"Qalatasaray"ın prezidenti Dursun Özbek sabah Çempionlar Liqasının üçüncü turunda qarşılaşacaqları Norveçin  - Bodo/Glimt komandası ilə oyun öncəsi futbolçuları ruhlandıran addım atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub prezidenti Dursun Özbek futbolçuların və klub işçilərinin bütün maaşlarını ayın sonu olmamış ödəyib.

Məlumatda o da deyilir ki, "Qalatasaray" rəhbərliyi futbolçulara maaşlarında bundan sonra nəinki gecikmə olmayacağını deyib, üstəlik, vaxtından əvvəl ödəniş olacağına söz verib: "Yetər ki, siz bizi, azarkeşləri sevindirin!"

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA