Xabi Alonso: "Həm Arda, həm də Kənan parlayan ulduzlardır"

img

21-10-2025 [18:08]


"Real Madrid"in baş məşqçisi Xabi Alonso Çempionlar Liqası çərçivəsində sabah "Real Madrid" - "Yuventus" matçı ilə bağlı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu matçda qalib gəlmək üçün meydaana çıxacaqlaırnıd eyib.

Mətbuat konfransında bu matçda üz-üzə gələcək "Real"da forma geyinən Arda Gülərlə "Yuventus"da tər tökən digər türk ulduz Kənan Yıldız haqda sualı da cavablandıran Alonso hər iki oyunçunu tərifləyib: "Arda Gülərin oyun tərzi keçmiş futbolçu Məsut Özilin oyun tərzi bir az nə bənzəyib-oxşamadığı ilə bağlı sualı cavablandıran Alonso, "Ardanın üslubu bir az "Real"ın savbiq futbolçusu Özilin, bir az da Qutinin tərzinə bənzəyirr. Quti oyun qurmaq və son ötürməni dəqiq vermək bacarığına sahib idi. Məsut da eyni şeyi edirdi. Özilin futbolundan çox zövq aldım. Ardanı indi daha çox oyuna almaqla onun da inkişafı yüksələcək. Əlbəttə, həm Arda, həm də Kənan parlayan ulduzlardır. "Yuventus" həm keçmişdə, həm də indi əla komandadır. Onların çox yaxşı oyunçuları var. Onlardan biri də sözsüz ki, Kənan Yıldızdır. O, çox inkişaf edib. Mən onu tanıyıram".

Xatırladaq ki, Avropa futbolunun iki ən böyük komandalarından "Real Madrid" və "Juventus" UEFA Çempionlar Liqasında 21 dəfə üz-üzə gəlib. Bu oyunldaran 10-da "Real", 9-da "Yuventus" 9 qələbə qazanıb, iki matç isə heç-heçə başa çatıb.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA