Cəbrayılın Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - FOTOLAR
21-10-2025 [12:03]
18 oktyabr 2025-ci il tarixində Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin işğaldan azad olunmasının 5-ci ildönümü münasibətilə anım tədbiri keçirilib və Şəhidlərin əziz xatirəsinə inşa olunmuş Şəhidlər Abidə Kompleksinin açılışı baş tutub.
Mia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Şəhidlər Abidə Kompleksi Prezidentin Xüsusi Nümayəndəliyinin mənəvi dəstəyi, kənd icmasının və şəhid ailələrinin təşəbbüsü və iştirakı ilə inşa olunub. Kompleksdə söhbətgah və bulaq, həmçinin şəhidlərin və Kompleksin tarixi haqqında məlumatları əks etdirən QR-kodlu lövhə quraşdırılıb.
Abidə kompleksində 1992–1993-cü illərdə şəhid olmuş və həmin ərazidə dəfn edilən qəhrəmanların məzarları bərpa edilib. Həmçinin digər ərazilərdə dəfn edilmiş 3 şəhidin nəşi ekshumasiya edilərək burada yenidən dəfn edilib. Hazırda xiyabanda kəndin 14 şəhidinin xatirəsi əbədiləşdirilib — onlardan 10 nəfəri hərbi, 4 nəfəri mülki şəhiddir, 3 şəhid isə itkin hesab olunur. Abidəyə 2 km məsafədə yerləşən bulaqdan su çəkilib.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının və Rayon Ağsaqqallar Şurasının üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və qazilər, ictimaiyyət nümayəndələri və ölkəmizin müxtəlif bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Çempionlar Liqası: hansı oyun hansı kanalda? - SİYAHI
Əli Əsədov onlara vəzifə verdi - Dəyişiklik
Müğənni Dəniz Əsədovanın məhkəməsi başlayır - DETALLAR
"Samsunspor"un oyunçusunun maşını belə yandı - FOTOLAR
Sumqayıtda kirayə məznillər satışa çıxdı - Aylıq 347 manatdan
Federasiya prezidenti tutuldu - 4 milyonluq qalmaqal + TƏFƏRRÜAT
Bu axşam “Nar”da böyük həyəcan – 7-ci avtomobil sahibini tapır!
Türkiyə futbolunda qumar: 37 şübhəli məhkəməyə sövq edldi
"Fənərbağça"da daha bir oyunçu heyətdən kənarlaşdırılıb
Antaliyada ard-arda zəlzələ - Professordan xəbərdarlıq
Türkiyədə daha bir zəlzələ olub - 4.9 bal gücündə
Venesuela 400 mindən çox canlı qüvvəylə ABŞ-ın hücumuna hazırlaşır - Daha 5600 yeni əsgər and içdi
NAZİRLƏR BİR ARADA: "Biz də İlham Əliyevi İranda səbirsizliklə gözləyirik" - "3+3" formatı regionda sülh üçün mühüm rol oynayır"
Zelenski planı necə oxumaya bilər? - Elxan ŞAHİNOĞLU YAZIR
Ceyhun Bayramov İran XİN başçısı ilə görüşüb - Açıqlama + FOTO
Sabah hava necə olacaq? - Açıqlama
"İndi həmin binanın birinci mərtəbəsi restorandır..." - Yazıçı Anar Zərdabinin heykəlinin yerinin dəyşilməsini istəyir
Prezident baş icraçı direktoru qəbul edib
Bərdədə 4 nəfər qidadan zəhərlənib
İranın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb - FOTO
Bakıda yeniyetmələr tutulub
İstanbulda atışma: bir polis güllələnib, kriminal şəxs öldürülüb, saxlanılanlar var
Ramiz Mehdiyevin qızı kafedra müdiri vəzifəsindən azad olunub
Ağdamda insan sümükləri tapılıb
Luvr Muzeyində su sızması - Yüzlərlə tarixi əsər zədələnib
Milli Məclisdə konfrans keçirilir
Tramp Zelenskidən inciyib, iki ölkə ilə danışıqlara başlayıb
İki gün maqnit qasırğası olacaq - Xəbərdarlıq
Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır
Bir qrup ziyalı sabiq nazirin qızını məhkəməyə verir
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
İordan çayının Qərb sahilində gərginlik böyüyür - Həbslər var
"Baş cərrah"ın arzuları - Əli CABBAROV YAZIR
Qəzzada atəşkəs yenə pozulub - Ölən və yaralananlar var
İndoneziyada fəlakət: ölənlərin sayı 1000-ə çatdı
Türkiyədə zəlzələ oldu - 4.6 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR