"Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələmi" qırılıb" - "Emin Əmrullayev bu "metod"u vaxtilə Məhəbbət Vəliyevaya da tətbiq etmişdi"
17-10-2025 [09:35]
“Ümumtəhsil məktəblərinin tarifikasiyası təsdiq olunmamış, təqribən, on-on beş gün öncə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məcburi məzuniyyətə göndərildi. Eyni variantı Emin Əmrullayev vaxtilə elm və təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya da qarşı tətbiq etmişdi. Onu məcburi məzuniyyətə göndərmişdi və Məhəbbət Vəliyeva Nazirliyin binasına buraxılmamışdı. Aldığımız məlumata görə, ayın 12-də Eşqi Bağırov işə çıxmalı idi. Amma onu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə buraxmayıblar, hazırda da buraxmırlar. Belə çıxır, Eşqi Bağırovun da qələmi qırılıb və işdən azad olunacaq. Görünən budur ki, ona edilmiş bütün təzyiqlərə baxmayaraq, Eşqi Bağırov işdən çıxmaqla bağlı ərizə yazmır. Əvəzində də binaya buraxılmır. Yaxın günlərdə Eşqi Bağırovun müqavimətinin qırılacağı, əzinənin yazılacağı gözlənilir”.
Mia.az xəbər verir ki, bu sensasiyalı sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.
ELŞƏN QAFAROV
“Neçə ildir Elm və Təhsil Nazirliyində funksional mövqe mübarizəsinin şahidiyik. Bu gün də xəbər yayıldı ki, “Azqranata” şərabçılıq zavodundan daha bir kadr Təhsilin İnkişafı Fonduna gətirilib. Emin Əmrullayevin “Azqranata” şirkətinə xüsusi məhəbbəti haradandır, bilmirəm. Deməli, “Azqranata” şirkətindən kadların transferi davam edir. Yəqin ki, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə də növbəti kadr “Azqranata” şirkətindən gətiriləcək. Bütün bunların fonunda ölkə təhsilində vəziyyət çox bərbaddır. Yüzlərlə məktəbdə müəllim yeri boşdur, dərslər keçirilmir, bölgü tam aparıla bilməyib. Cədvəl hazır deyil. Tarifikasiya təsdiq olunmayıb. Nəticə etibarilə, məktəblərin fəaliyyəti iflic vəziyyətə düşüb. Onlarla bağlanan məktəbdə hələ də şagirdlərin taleyi məlum deyil. Hətta Lerik və Yardımlı kimi rayonlarda şagirdlərin onlayn tədrisə keçməsi ilə bağlı xəbərlər gəlir. Reallıq budur ki, ölkə təhsili bir dəstə kommersantın əlində oyuncağa çevrilib. Eşqi Bağırovun taleyinə də yaxın günlərdə aydınlıq gələcəyini gözləyirik…” – o bildirib.
Mia.az
"Nə onların imarətini istəyirəm, nə də maşınlarını" - Məzahir Pənahovun gəlini "Oun milyonları, hər ölkədə imarətləri var" deyir
Sayt rəhbəri Baş prokurorla görüşüb: "...Rüstəm Usubovun məsuliyyət məsələsini də qaldırdım”
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi
Qurban Qurbanov yeni biznesə başlayıb
Spiker həmkarına irad tutan Siyavuş Novruzova belə dedi: "Mən sonra sizinlə ayrı bir məsələni də danışacağam”
Hərbi xidmətlə bağlı qanun dəyişir - Nələr olacaq?
Sabah yağış yağacaq
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
Almaniya XİN: "Türkiyə Rusiya ilə Ukrayna müharibəsinin həllində əsas rol oynaya bilər"
Bakıda iki nəfər güllələlənib - Açıqlama (Yenilənib)
Daha iki universitet Trampın şərtlərini rədd etdi
Əfqanıstan hökuməti: "Pakistanın Spin Boldak bölgəsinə hücumu..."
Deputat Milli Məclisdə: "Ramiz Mehdiyev və onun silahdaşları qanun qarşısında cavab verəcək"
BU QHT RƏHBƏRLƏRİNƏ CİNAYƏT İŞİ AÇILDI - Prokurorluq siyahı yaydı
Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlı... - Onların Bakıda məhkəməsi başlayıb
Parlament Prezident və Birinci xanıma təbrik məktubu ünvanlayıb
SOCAR-da daha bir təyinat - Rövşən Nəcəf onu direktor təyin etdi
Üç tanınmış hakim təqaüdə göndərilir - FOTO
Masson, sabiq rektor, professor və ya "Qalatasaray"ın sabiq sözçüsü - "Can Holdinq" iş üzrə daha 26 nəfər həbs olunub
Filippində güclü zəlzələ oldu - 6,1 bal gücündə
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılır - Mədət Quliyev "Zamanla hər şey həllini tapacaq” deyir
Oyunun biletləri pulsuz olacaq - Klub qərar verdi
"Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələmi" qırılıb" - "Emin Əmrullayev bu "metod"u vaxtilə Məhəbbət Vəliyevaya da tətbiq etmişdi"
Xətai rayonunda binaları qurd basıb - VİDEO
Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq
KÜRD SİLAHLILARI SURİYA HÖKUMƏTİ İLƏ ANLAŞDI: "Ordu və polis sistemində vəzifələrə gətiriləcəyik"
Nazir Təhsilin İnkişafı Fonduna elə adamı rəhbər təyin etdi ki... - ETN-də növbəti dəyişiklik
TRAMPDAN HƏMAS-a TƏHDİD: "Sizi öldürərik, bir sözümlə İsrail..."
Prezident İlham Əliyev bu videonu paylaşdı - VİDEO
Bu gün Füzulinin işğaldan azad olunmasından beş il ötür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Livanı bombalayıb
Avropa Məhkəməsindən hava yolları ilə bağlı mühim qərar - Ev heyvanları "Baqaj yükü” sayılacaq
Milyarder Fərhad Əhmədov Bakıda məhkəmə qarşısına çıxdı: "Keçmiş həyat yoldaşımın əsassız iddiası ilə..."
TRAMPLA PUTİN TELEFONDA MÜZAKİRƏ APARDI: nələr razılaşdırıldı? - "Bu, utancverici..."
Sergen Yalçın start 11-i müəyyənləşdirib - SİYAHI
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan.. - Ermənilər Bakıda hakim qarşısında
Tovuzda 32 yaşlı ər arvadını öldürüb (Yenilənib)