Xətai rayonunda binaları qurd basıb - VİDEO

img

17-10-2025 [09:28]


Bakının Xətai rayonu, General Şıxlinski ünvanında binaları qurd basıb.

Mia.az xəbər verir ki, sözügedən ünvanda yaşayan sakinlərin sözlərinə görə, binaların həyətlərində və bloklarında həşəratlar var.

İş o yerə çatıb ki, bu həşəratlar pəncərələrdən evlərə də daxil olublar. Müxtəlif qurumlara və ərazi mənzil istismar sahələrinə məlumat verilsə də, üç aydan çoxdur, nəticə ala bilmirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, sözügedən ünvandan birliyə heç bir müraciət daxil olmayıb. Əraziyə baxış keçiriləcək və mütəxəssislər tərəfindən dezinfeksiya işləri aparılacaq. O da qeyd edilib ki, problem mövsümi xarakter daşıyır.

Daha ətraflı İTV-nin videomaterialında:

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:28 17.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA