Üç tanınmış hakim təqaüdə göndərilir - FOTO

img

17-10-2025 [10:54]


Bakı Ağır Cinayətlər Məhkəməsi üç hakimi ilə yollarını ayıracaq.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, uzun illərdir eyni məhkəmədə fəaliyyət göstərən hakimlər - Novruz Kərimov, Rasim Sadıxov və Cavid Hüseynov yaş həddi ilə bağlı təqaüdə çıxacaqlar.

Artıq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Onlar araşdırdıqları son işləri yekunlaşdırdıqdan sonra fəaliyyətlərini başa vuracaqlar.

N.Kərimov, R.Sadıxov və C.Hüseynov indiyədək bir sıra səs-küylü cinayət işlərinə baxıblar və bu işlərdə hakim kollegiyasının tərkibində iştirak ediblər.

Qeyd edək ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin başqa bir hakimi Anar Sadıqov da öz ərizəsi ilə vəzifəsindən ayrılıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:28 17.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA