Parlament Prezident və Birinci xanıma təbrik məktubu ünvanlayıb

img

17-10-2025 [11:08]


Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Mia.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.

O bildirib ki, sabah Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür:

"Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin".

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:28 17.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA