Ukrayna MN: "Bizə gələn il üçün 120 milyard dollar gərəkdir"

img

16-10-2025 [00:10]


"Ukrayna effekstli müdafiə qabiliyyətini davam etdirməli və düşməni geri qovmalıdır. Bunun üçün bizə 2026-cı il üzrə  müdafiə ehtiyacı hesablanıb və bu, 120 milyard dollar həcmində qiymətləndirilib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Denis Şmıqal Brüsseldə NATO-nun Ukrayna Müdafiə Təmas Qrupu Toplantısından sonra Böyük Britaniyanın müdafiə naziri Healey və Almaniyanın müdafiə naziri Boris Pistoriuslə birgə keçirdyi mətbuat konfransında deyib.

O bildirib ki, bu gün 50-dən çox ölkəni bir araya gətirən toplantı Ukraynaya və onun mübarizəsinə mühim  dəstəyin ifadəsidir: "Bu toplantı bzim silahlı qüvvələrinin ehtiyaclarını təmin etməkdir. İkincisi, gələcək üçün sülhü təmin etmək. Üçüncüsü, daha çox şeyə hazır olmaq. Sülh əldə olunana qədər ukraynalılar həm hərbi, həm də mülki olaraq şücaətlə döyüşəcəklər".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA