Hikmət Hacıyev Berlində - Kanslerin müşaviri və Dövlət katibi lə görüş olub (FOTO, YENİLƏNİB)

img

15-10-2025 [18:43]


Prezidentin köməkçisi Hikmət Hacıyev Berlində Federal Kanslerin Xarici və Təhlükəsizlik Siyasəti üzrə müşaviri Günter Sautter ilə görüşüb.

Mia.az xəbər verir ki,  görüşdə iki ölkə arasında ikitərəfli və regional məsələlər müzakirə olunub: "Regionda yaranmış yeni sülh dövrü əlaqələrimizin və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır".

***

Prezidentin köməkçisi Hikmət Hacıyev Berlində Almaniya Xarici İşlər Nazirliyinin Dövlət katibi Geza Andreas von Geyr ilə görüşüb.

Mia.az xəbər verir ki, Perzidentin köməkçisi sosial media hesabında yazıb. Bildirib ki görüşdə regional bir çox məsələlər müzakirə olunub: "Regional məsələlər, bölgədə sülhün möhkəmləndirilməsi və iki tərəfli gündəm, o cümlədən əlaqələndirmə layihələri barədə Almaniya Xarici İşlər Nazirliyinin Dövlət katibi Geza Andreas von Geyr ilə müzakirələr apardıq. Azərbaycan ənənəvi olaraq Almaniya ilə dost və yaxşı münasibətlərə malik olub".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA