İlham Əliyevlə Paşinyan nəyi müzakirə edib? - TƏHLİL
02-10-2025 [16:54]
Azərbaycan Prezidenti İlham Əliyev Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak edir. Toplantının açılış mərasimindən öncə Prezidentin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü baş tutub.
Liderlərin sadə bir masa arxasında əyləşərək səmimi söhbət etməsi mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər. Liderlərin tez-tez bir araya gəlməsi, bu görüşlərin vasitəçi, “ev sahibi” və ya kənar müdaxilə olmadan baş tutması müsbət haldır.
Əslində, uzun illər münaqişənin həllinin mümkün olmamasının başlıca səbəblərindən biri də məhz belə birbaşa, rahat formatda ikitərəfli görüşlərin olmaması idi. İndi isə tərəflər arasında münasibətlərdə nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur.
Şübhəsiz ki, Vaşinqton görüşündən sonra bir sıra mühüm yeniliklər baş verib. Hər şeydən əvvəl, tərəflər arasında müharibə ritorikasına, nifrət və gərginliyə səbəb ola biləcək addımların atılmaması xüsusi qeyd olunmalıdır. İlk dəfə olaraq Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan Bakıya gəlib və “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edib. Bundan başqa, delimitasiya və demarkasiya prosesi davam edir.
Hazırda Ermənistan seçkilərə hazırlaşır və bu kontekstdə liderlərin bir araya gəlməsi, onların sülhə dair atacağı addımlar, regional əməkdaşlıq və ümumi vəziyyəti dəyərləndirmələri baxımından böyük əhəmiyyət daşıyır. İrəvan bu günə qədər sülhə heç vaxt bu qədər yaxın olmayıb. Bakı isə prosesi sona çatdırmaqda qərarlıdır.
İstisna deyil ki, tərəflər sülh müqaviləsi, Ermənistanda 7 iyun 2026‑cı il tarixinə planlaşdırılan parlament seçkiləri, Konstitusiyanın dəyişdirilməsi kimi məsələləri də müzakirə ediblər.
Subyektiv yanaşmam belədir ki, Bakı mövcud şəraitdə Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır və bu mənada birbaşa olmasa da, onun qələbəsinə qeyri-rəsmi dəstək verir. Sülhün gələcəyi baxımdan bu seçki çox mühümdür.
Turan Rzayev
MİA.AZ
Rusiya "Roblox"u bloklayıb - Səbəb
XİN-də dəyişiklik - Keçmiş səfir idarə rəisi təyin olundu
Türkiyə Kuboku: "Kocaelispor" 2-ci liqa komandasına qalib gəlib
AFFA-da menecerlər və akademiya rəhbərləri ilə görüş olub
Prezident İlham Əliyev fərman imzalayıb
Türkiyədə sorğu: AKP, yoxsa CHP?
Baş nazir Əli Əsədov Qərar imzalayıb
Prezident İlham Əliyev "Dövlət xidmətləri haqqında" qanunu imzalayıb
SOCAR-da növbəti təyinat - Rövşən Nəcəf özünə yeni müşavir götürüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ziraat Türkiyə Kuboku: "Eyüpspor" 6 qolla qalib gəldi
Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir
“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
Yağışlı hava şəraiti davam edəcək
AZCON-da yeni təyinat olub
Emin Əmrullayev sosial mediada adını tağ edən müəlliməyə cavab yazdı: "Əminəm ki..." - FOTO
Gültəkin Hacıbəyli deporta etiraz edib? - İddia var
MİDA-nın satışa çıxardığı sosial mənzillər: qanunsuz satış və həbslər başlayıb - FOTO
Ərdoğan Məsud Bərzaniyə qəzəbləndi: "Bu vahim xətadan dönməli və..."
Tramp: "Bu sənədlər qüvvədən düşdü..."
Kolumbiya prezidenti Trampı təhdid etdi: "Yaquarı oyatma..."
NOYABR VƏ DEKABRIN "ULDUZ"U BİRLİKDƏ
Sergen Yalçın daha bir futbolçudan imtina etdi: "Satın onu..."
Ceyhun Bayramov Avstriyaya gedib
Əmək Məcəlləsinə "Distant iş" anlayışı əlavə edilir
İŞDƏN AZADOLUNMA QAYDASI DƏYİŞİR - Detallar
Sabah hava necə olacaq? - Proqnoz
Bolqarıstanda minlərlə insan ayağa qalxdı, ölkə alovlandı - Hökumət geri çəkildi, həbslər var (FOTOLAR)
Putindən rus gəmilərinə hücuma sərt reaksiya: "Ukrayna ona dəstək verən ölkələrin gəmilərini vuracağıq, əgər Avropa..."
Möhlət hüququ olan çağırışçılarla bağlı yeni qərar verildi - Müddət endirildi (DƏYİŞİKLİKLƏR)
"İkardi əla şilləyə layiq idi" - Keçmiş futbolçu
Aparıcı mətbuat katibi təyinatı xəbərini təkzib etdi: "Metropoliten"lə danışıqlar aparsaq da, maaş məsələsində sonradan..."
Alqış Həsənoğlu foto paylaşdı, Bəxtiyar Sadıqov səsləndi: "Belə saxtakarlıq etmək nəyə xidmət edir?" - FOTO
Bakıda 18 yaşlı qız dəm qazından boğulub
Bəzi bölgələrə qar yağıb
Ömər Çelik: "Mərc oyunları ilə bağlı istintaq genişlənəcək"
Bakıda avtomobil yanıb - Öən var
Azərbaycan neftinin qiyməti sabit qalıb