"Bu, etik deyil" - İqbal Ağzazadədən Cabir İmanovla bağlı açıqlama

img

30-09-2025 [09:58]


"Əməkdar artist, istedadlı aktyoru Cabir İmanov vaxtsız dünyasını dəyişib. Cabir İmanovun ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verirəm, qəbri nurla dolsun, Allah rəhmət etsin. 2018-ci ildə mərhum Cabir İmanov haqqında bir çıxışım var, çox təəssüf ki, o çıxışı bu gün yenidən sosial şəbəkə istifadəçiləri israrla paylaşırlar".

Mia.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə sosial media hesabında yazıb.

Onun sözlərinə görə, olanlar acı bir tarixdir, lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölüm günü belə hadisələri xatırlatmaq məqsədəuyğun və etik deyil: "Allah Cabir İmanova rəhmət etsin. Mən heç zaman vəzifədən çıxarılan kiminsə arxasınca danışmamışam, kresloda olarkən irad və tənqidlərimi açıq bildirmişəm. Dünyasını dəyişənlərə isə yalnız rəhmət diləyirəm, nəinki ölümündən sonra nəsə danışmaq...".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA