Moldovada parlament seçkiləri: hansı siyasi blok qalib gəldi?

img

29-09-2025 [09:06]


Ötən gün Moldovada keçirilən parlament seçkilərinin ilkin nəticəsi elan olunub.

Mia.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası sonməlumatı paylaşıb.

Bildirilib ki, indiyədək səslərin 99,95%  sayılıb: "Nəticəyə əsasən, Prezident Maya Sandunun rəhbəri olduğu Fəaliyyət və Həmrəylik Partiyası 44,13% səslə seçkiyə liderlik edir  toplayıb. Onun partiyasını 28,26% səslə Rusiyayönümlü "Vətənpərvər blok"u izləyir. 3-cü yeri isə 9.20 faiz səslə iqtidar partiyasına yaxın olan  "Alternativ" bloku tutub".

Məlumatda 5 faizlik barajı aşan Rusiyayönlü Bizim Partiyanın 6,35 faiz,  "Demokratiya evdədir" Partiyası isə 5,73 faiz səs qazanıb. Beləliklə, Moldova parlamentində 4 siyasi təşkilat təmsilçilik haqqı qazanıb.

Yeri gəlmişkən, Prezidentin liderlik etdiyi blok təkbaşına iqtidar qurmaq üçün yetrəli səsə sahib olmadğından Avropameylli təşkilatların biriylə ortaq hökümət qurmağa məcburdur.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA