QƏZZANI İRAQA SAVAŞDA YER ALAN SABİQ BAŞ NAZİR YÖNƏLDƏCƏK - Plan açılır, HƏMAS "O, Şeytandır" deyir
29-09-2025 [09:30]
ABŞ-ın Qəzza zolağı ilə bağlı planının detalları yavaş-yavaş açılır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu plan ötən həftə ABŞ-da müsəlman ölkələri liderləriylə də müzakirə olunub və məqbul sayılıb.
Plana əsasən, Qəzzada “Qəzza Beynəlxalq Keçid İdarəsi" (GITA) yaradllır və başına isə 2003-2011-ci illərdə İraqa hücumda əsas fiqurlardan sayılan Britaniyanın sabiq baş naziri Toni Bleyr gətiriləcək.
HƏMAS isə həm bu plana, həm də GİTA-nin başına sabiq baş nazirin gətirilməsini qəbuul etmir.
Qruplaşma liderlərindən olan Husam Bedran Bleyri "O, Şeytandır", - deyə bu cür planın qəbuledilməz olduğunu bildirib: "Böyük Britaniyanın keçmiş baş naziri Tony Blair Fələstin davasında arzuolunmaz şəxsdir. Onunla hər hansı bir əlaqə qurmaq planı Fələstin xalqı üçün acılı bir tarix olacaq. Toni Bleyr törətdiyi cinayətlərə, xüsusən də İraq müharibəsindəki (2003-2011) roluna görə beynəlxalq məhkəmələr qarşısında olmalı idi. Lakin o, indi Trampla bizim bölgənin taleyi ilə bağlı qərar verir. O, nə Fələstin məsələsinə, nə ərəblərə, nə də müsəlmanlara xeyir gətirmədi. Onun cinayətkar və dağıdıcı rolu illərdir bilinir. Qəzza və İordan çayının qərb sahilindəki Fələstin məsələsi yalnız milli konsensusla həll oluna bilən daxili məsələdir. Heç bir xarici regional və beynəlxalq tərəf fələstinlilərin gələcəyi barədə onların izni olmadan, diktə siyasətiylə qərar verə bilməz. Fələstin xalqı özünüidarəetmə qabiliyyətinə malikdir"
HƏMAS rəsmisi deyiib ki, hələlik onlara plan təqdim edilməyib: "Bizə vasitəçilər vasitəsilə heç bir rəsmi təklif gəlməyib. İndiyə qədər yalnız mətbuatda yazılanları bilirik".
Xatırladaq ki, İsrailin “Haaretz” qəzeti ərəb siyasi mənbəsinə istinadən yazıb ki, ABŞ administrasiyası Qəzzada müvəqqəti administrasiya yaradıb, Bleyri onun başına gətirməyə razı salıb. Yəni, Böyük Britaniyanın keçmiş baş naziri qarşıdakı illərdə Qəzzada keçid hökumətə rəhbərlik edəcək: "Keçid hökuməti əvvəlcə Misir, daha sonra Qəzzaya köçürüləcək. Onun köməkçilərindən biri isə müsəlmanlar içində nüfuzlu şəxslərdən biri seçiləcək".
Bleyerin ofisinin sözçüsü BBC-yə bildirib ki, Bleyr qəzzalıları yerindən qovacaq heç bir planı dəstəkləməyəcək.
Yeri gəlmişkən, Bleyr baş nazirlikdən ayrıldıqdan sonra ABŞ, Avropa Birliyi, Rusiya və BMT-də Yaxın Şərq üzrə xüsusi nümayəndə vəzifəsində işləyib. O, avqust ayında Ağ Evdə keçirdiyi görüşdə ABŞ prezidenti Donald Trampla regionun gələcəyini müzakirə edib.
Samir MUSAYEV
MİA.AZ
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq