ABŞ-da kilsəyə hücum olub, ölən və yaralananlar var - Tramp, nazir və FTB rəhbərindən açıqlamalar (FOTO)
29-09-2025 [00:05]
ABŞ-ın Mişiqan ştatındakı Grand Blanc qəsəbəsində kilsəyə silahı hücum olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə bir nəfər ölüb, 9 nəfər yaralanıb.
Miçiqan polisi bazar günü ayin zamanı kilsədə baş verən hadisəni qorxunc adlandırıb: "40 yaşlarında təcavüzkar avtomobillə kilsəyə gəlib. O, maşını əyləyən kimi ibadətdə olan insanları atəşə tutmağa başlayıb. Təəssüf ki, ölən və yaralananlarımız var. Atəşdən sonra kilsədə çıxan güclü yanğın ölüm halını daha da artıra bilər".
Yerli mətbuatın məlumatına görə, hücum edən şəxs polislə atışmada öldürülüb.
“Görünür, bu, ABŞ-da xristianlara qarşı növbəti hədəfli hücumdur”, - deyə ABŞ prezidenti Donald Tramp hadisəyə ilkin münasibətində bildirib.
O, Federal Təhlükəsizlik Bürosunün (FTB) rəhbər heyətinin dərhal hadisə yerinə göndərildiyini deyib: "Artıq federal araşdırma başlayıb. FTB ştat və yerli hakimiyyət orqanlarına tam dəstək verəcək. Şübhəli öldürüldü, lakin hələ çox şey öyrənilməlidir. Bu, ABŞ-da xristianlara qarşı növbəti hədəfli hücum kimi görünür. Ölkəmizdəki bu zorakılıq epidemiyası dərhal sona çatmalıdır".
ABŞ Baş prokuroru Pam Bondi da faktın daha dərindən araşdırılması məqsədiylə müvafiq tədbirlər görüldüyünü bildirib: "İbadət evində bu cür zorakılıq ürəkağrıdan və dəhşətlidir. Bu dəhşətli faciənin qurbanları üçün mənimlə birlikdə dua edin"
FTB direktoru Kaş Patel isə baş verən hadisəyə belə şərh verib: "Kilsədə - İbadət evində baş verən zorakılıq qorxaqcasına törədilmiş hərəkətdir. Bu dəhşətli faciə zamanı qurbanlar və onların ailələrinə dua edirik".
Samir MUSAYEV
MİA.AZ
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq