KTN niyə uzaq Kosta-Rikadan mal alır ki... - Palatanın təftişinin iziylə...
29-09-2025 [10:25]
Məlum olduğu kimi, Hesablama Palatası 2025-ci il üzrə İş Planına müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində və tabeli qurumlarda dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditi aparıb. Kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 01.01.2023-cü il tarixindən 01.01.2025-ci il tarixinə qədər olan müddət əhatə olunub.
Hesablama Palatasının bir neçə gün öncə bununla bağlı yaydığı məlumatlarda bildirilir ki, “ehtimal olunan qiymətlərin hesablanması üçün səmərəli (regional coğrafiyadakı istehsalçılar üzərindən) bazar araşdırmaları aparılmadan Kosta-Rika mənşəyinə üstünlük verilərək ticarətçi qeyri-rezident şirkətlə bir dəstinin qiyməti 32,1 manata sənədləşdirilmiş müqavilələr bağlanılıb və ümumilikdə ödənilmiş dəyəri 1 milyon 669,1 min manata bərabər 51 949 dəst feromon (P588) tələlərinin qeyri-optimal qiymətlərlə satınalınmasına yol verilib. İki il ərzində istifadə olunmasına baxmayaraq həmin feromon tələlərinin hal-hazıradək dövlət sınağından keçməsi və dövlət qeydiyyatına alınması təmin edilməyib.
Eyni zamanda, feromon tələlərindən 01.01.2025-ci il tarixinə 35018 dəstinin qalıqda qalması və köhnəlməsi qeyri-rezident şirkətlə bağlanmış müqavilələr üzrə tələbatın düzgün müəyyənləşdirilməməsini və 1 milyon manata yaxın büdcə vəsaitinin 2023-cü ildə səmərəsiz xərclənməsini deməyə əsas verib.
Həmçinin, auditə təqdim edilmiş sənədlər zəif və ya sıx qaydada aşkarlanan zərərvericilərin ölkənin bəzi (şimal və şimal-qərb) regionları üzrə müşahidə olunduğunu, feromon tələlərinin isə risk əsaslı yanaşmalarla deyil, 2024-cü ildə az qala bütün regionlar üzrə asıldığını (müvafiq hallarda, fermer təsərrüfatları üzrə rəsmiləşdirilmədən) göstərib ki, bu da büdcə vəsaitlərindən səmərəsiz istifadəni bir daha təsdiq edir.”
Mia.az-ın məlumatına görə, Aktualinfo.org Hesablama Palatasının yaydığı bu məlumatlar ətrafında araşdırma aparmaşdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumata görə feromon tələlərin satın alınması üzrə açıq tender müsabiqəsi 15.05.2023-cü ildə başlanıb. Aqrar Xidmətlər Agentliyi 04.08.2023-cü ildə “Novagro” LTD (VÖEN 405273573) ilə 1.477.980 manat məbləğində satınalma müqaviləsi bağladığını elan edib.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Novagro” LTD kimi kommersiya qurumunun müəyyən edilmədiyi göstərilir. İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, “Novagro” LTD Böyük Britaniyada, London, Sudbury, Stour Valley biznes mərkəzində yerləşir. Maraqlıdır, bəs “Novagro” LTD şirkəti kimə məxsusdur və Aqrar Xidmətlər Agentliyi 1.477.980 manat dəyəri olan müqaviləni hansı əsaslarla bağlayıb? Hələ Hesablama Palatasının açıqlamasına görə bu rəqəm 1 milyon 669,1 min manat təşkil edib.
Hesablama Palatasının açıqlamasından da göründüyü kimi Aqrar Xidmətlər Agentliyi qeyri-rezident bir şirkətlə müqavilə bağlayıb. Bəs qeyri-rezident kimlərdir?
Qanunvericiliyə əsasən Qeyri-rezident (non-resident) – Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri; Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri; məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs. Azərbaycan Respublikasının ərazisində yerləşən, diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri.
Buradan da o qənaətə gəlmək olur ki, “Novagro” LTD-nin Azərbaycan Respublikasının ərazisində yerləşən xarici ölkələrin rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri ilə heç bir bağlılığı yoxdur. Çünki, xarici təşkilatların və firmaların nümayəndəlikləri vergi ödəyicisi olaraq dövlət qeydiyyatına alınırlar.
Görsənən odur ki, Aqrar Xidmətlər Agentliyi ya diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvlərinə məxsus olan bir şirkətlə müqavilə bağlamışdır ki, onun da arxasında böyük ehtimalla Kənd Təsərrüfatı Nazirliyinin rəsmi şəxslərindən biri dayanır.
Qeyde dək ki, Hesablama Palatasının auditini əhatə edən dövrdə Aqrar Xidmətlər Agentliyi bir şübhəli açıq tender də bifenthrin preparatının satın alınması üzrə keçirib. Agentlik sözügedən preparatın alınması üçün “Amin-Q” MMC (VÖEN: 1401060551) ilə 28.09.2023-cü ildə 732.564 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Hesablama palatasının açıqlamasında isə bildirilir ki, “Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi bir qayda olaraq zəruri ilkin sənədlərin rəsmiləşdirilməsini aparmadan, o cümlədən torpaq sahəsinin ünvanı və fermerin rekvizitləri əks etdirilmədən, fermerin sifarişinin şərtlərini tənzimləyən hər hansı təsdiqedici sənəd olmadan, fermerin maliyyə-təsərrüfat əməliyyatına aidiyyəti olmayan yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və s. nümayəndələri qeyd olunan aktlar tərtib edərək bitki mühafizəsi və fumiqasiya tədbirlərinə sərf olunması qismində ümumilikdə 1 milyon 526,6 min manat dəyərində sink fosfidin və digər pestisidlərin uçotdan silinməsinə yol verilib.”
Buradan belə çıxır ki, Aqrar Xidmətlər Agentliyi ziyanvericilərə qarşı mübarizə adı altında dövlətə ziyan vurmaqla məşğuldur. Onda dövlət Aqrar Xidmətlər Agentliyindəki ziyanvericilərə qarşı mübarizəyə niyə başlamır?
Xatırladaq ki, bu Aqrar Xidmətlər Agentliyi tərəfindən ziyanvericilərə qarşı mübarizə adı altında dövlətə vurulan ilk ziyan deyil. Qeyd edək ki, hələ 2014-cü ildə Hesablama Palatası tərəfindən aparılan auditin nəticələri müzakirə edilərək Azərbaycanda zərərli gəmiricilərə qarşı mübarizə məqsədilə istifadə olunan sink-fosfid preparatının Avropa İttifaqı ölkələri və MDB-yə daxil olan bir sıra dövlətlər tərəfindən qadağan edilməsini, sink-fosfidin, ətraf mühitə, flora və faunaya, insanlara yaratdığı təhlükələrin ciddiliyini, onu qadağan edən ölkələrin sayının və preparatın tətbiqi ilə bağlı təhlükələrin daha da artmasını nəzərə alaraq, sink-fosfidin dövlət qeydiyyatından keçən pestisidlərin siyahısından çıxarılması məqsədəuyğun sayılıb.
Lakin buna baxmayaraq Aqrar Xidmətlər Agentliyi sink fosfid və alüminium fosfid dərman preparatlarının satın alınması üzrə fərdi sahibkar Məhərrəm Əmirxəlil oğlu Atakişiyevlə 20.06.2025-ci ildə 609 600 manat dəyərində satınalma müqaviləsi bağlayıb...
Yeri gəlmişkən, Mia.az bildirir ki, KTN-nin bəzi strukturlarına dəyişiklik gözlənilir. Artıq bununla bağlı Nazirlər Kabinetiylə məsələtləşmələr demək olar ki, bitib. Hansı Mərkəzlərdə hansı bölmələr ləğv və ya birləşdiriləcək? İndi KTN-də vəzifəsini itirəcək xeyli adam həyəcanla bunu gözləyir...
Aktualinfo.org
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"