Aİ ölkələrində "Tesla"dan imtina olunur - Satış kəskin azalıb

img

25-09-2025 [12:31]


Avropa İttifaqı (Aİ) ölkələrində Maska məxsus olan "Tesla" markalı avtomobillərin satışından imtina olunur.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son bir ayda satış xeyli azalıb.

Məlumata görə, avqust ayında keçən ilin eyni ayı ilə müqayisədə "Tesla" alışı 36,6 faiz  geriləyib: "Sentyabr ayı bitmək üzrədir. İlkin statistik hesabatlar artıq əldə olunur. Bu ay üzrə satış da ötən ayla müqayisədə 50 faizə qədər düşüb..."

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasından bildirilib ki, ABŞ milyarderi İlon Maska məxsus "Tesla"nın avtomobil satışının Aİ ölkələrində azalma səbəbini araşdırırlar.

Yeri gəlmişkən, "Tesla"nın Almaniyada nəhəng istehsal müəssisəsi var. 

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA