Azərbaycan prezidenti Ruanda lideri ilə görüşüb, yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (YENİLƏNİB)
GÜNDƏM
20.09.2025, 18:00
Azərbaycan ilə Ruanda arasında imzalanmış sənədlərin sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub.
Mia.az xəbər verir ki, "Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"i, "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"i, "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ruanda Respublikasının Kənd Təsərrüfatı və Heyvan Ehtiyatları Nazirliyi arasında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ruandanın Xarici İşlər Nazirliyinin Regional Əməkdaşlığa məsul Dövlət naziri James Kabarebe mübadilə ediblər.
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun həyata keçirilməsi üzrə Əməkdaşlıq Proqramı"nı, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Ruanda Respublikasının İnkişaf Şurası arasında Anlaşma Memorandumu"nu Azərbaycanın Ruandada akkreditə olunmuş səfiri Ruslan Nəsibov və Ruanda İnkişaf Şurasının Baş icraçı direktorunun müavini xanım Juliana Kangeli Muganza mübadilə ediblər.
Sonra Azərbaycan və Ruanda prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Əvvəlcə cənab Prezidentə Azərbaycana səfər etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm. Sonuncu dəfə biz ötən ilin noyabrında Bakıda COP29-da görüşdük və həmin vaxt mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etdim. Çox minnətdaram ki, o, mənim dəvətimi qəbul etdi və bu gün ölkəmizdə rəsmi səfərdədir.
Əminəm ki, bu səfər ikitərəfli münasibətlərə əlavə təkan verəcək. Biz əməkdaşlığımızın müxtəlif aspektlərini artıq müzakirə etdik, tərəfdaşlığımızı dərinləşdirməkdə və genişləndirməkdə birgə iradəmizi ifadə etdik. Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik. Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman bizə dəstək vermişdir. Siz bizə sədr seçilmək və sonra sədrliyimizin uzadılması üçün dəstək verdiniz. Ruanda, həmçinin Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləmiş və ona qoşulmuşdur. Biz birmənalı olaraq BMT daxilində hər zaman fəal əməkdaşlıq edirik və bir-birimizə qarşılıqlı dəstəyi artırırıq.
Şadam ki, son illərdə münasibətlərimiz daha da nəticəyönümlü olub. Azərbaycandan Ruandaya müxtəlif nümayəndə heyətləri səfər edib. Heydər Əliyev Fondunun nümayəndə heyəti ötən il Ruandaya səfər edib və mən cənab Prezidentə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı qəbul etdiyinə görə təşəkkürümü bildirirəm. Ölkənizin genişmiqyaslı inkişafı, xalqınızın dövlətçiliyə, müstəqilliyə bağlılığı və müstəqil siyasəti ona böyük təəssürat bağışlayıb. Məmnunuq ki, Heydər Əliyev Fondunun ölkənizdə təhsil proqramlarını dəstəkləmək şansı oldu. Yeri gəlmişkən düşünürəm ki, bu sahə ikitərəfli münasibətlərimizdə prioritetlərimizdən biri olmalıdır. Mən cənab Prezidentin səfərindən əvvəl bəzi məlumatlara baxdım və gördüm ki, Azərbaycanda Ruandadan cəmi bir tələbə təhsil alır. Hesab edirəm ki, biz tələbələrin sayını artırmaq üçün birgə işləyə bilərik. Bu, Azərbaycanın dövlət təqaüdü çərçivəsində ola bilər. Əməkdaşlıq qurmaq məqsədilə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti, eləcə də "ASAN xidmət" kimi oxşar qurumun yaradılması məqsədilə dövlət xidmətləri agentliyi hesab olunan "ASAN xidmət"in nümayəndə heyəti bu il Ruandada olmuşlar. Mən bunu cənab Prezidentlə artıq müzakirə etdim.
O, Azərbaycanda həmin dövlət xidmətləri mərkəzlərindən birinə səfər edəcək və bu cür qurumun Ruandada qurulması üçün texniki və maliyyə yardımını göstərə biləcəyimiz təqdirdə çox məmnun olarıq. Bu gün biz enerji sektorunda imkanları müzakirə etdik. Hər iki ölkə bunun üzərində fəal çalışır və əməkdaşlığımızın gücləndirilməsi potensialı olan mədən işləri sahəsində də iş aparır. Bizə, sadəcə, müxtəlif səviyyələrdə daha çox təmasların qurulması, birgə biznes və investisiya imkanlarının müzakirəsi üçün biznes, eləcə də müxtəlif nazirliklərin nümayəndə heyətlərinin mübadiləsi lazımdır. Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım və əminəm ki, cənab Prezidentin səfəri və müzakirələrimiz, eləcə də mətbuat konfransından sonrakı söhbətlərimiz iqtisadi və ticari sahədə tərəfdaşlıq üçün çox möhkəm zəmin yaradacaq. Bizim əla siyasi münasibətlərimiz var və bizə bütün digər sahələrdə də eyni münasibətlər səviyyəsi lazımdır.
Cənab Prezident, bizə səfər etdiyinizə görə bir daha minnətdaram və Sizə xoş səfər arzu edirəm.
Prezident Pol Kaqamenin bəyanatı
-Təşəkkür edirəm, Prezident Əliyev.
İlk növbədə, məni Azərbaycana səfərə dəvət etdiyiniz üçün və həyata keçirilmiş bütün bu işlərə görə Sizə təşəkkür etmək istəyirəm. Mən iki ölkənin əməkdaşlıq edəcəyi sahələri yüksək qiymətləndirirəm.
Cənab Prezident, Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var. Hesab edirəm ki, biz bu oxşarlıqları daha da inkişaf etdirə, əməkdaşlığı və tərəqqini daha da artıra bilərik. Bunların həyata keçirilməsinə razılıq verdiyiniz üçün Sizə təşəkkür edirəm. Biz artıq baş vermiş bir çox səfərləri, səyləri, müzakirələri və anlaşmaları rəhbər tutacağıq. Bunu hökumət rəsmilərinizin artıq bir neçə dəfə baş tutmuş mübadilə səfərləri və Bakıya səfər etmiş nümayəndələrimizin sayəsində edəcəyik. Biz bu əməkdaşlıq vasitəsilə nəyə nail olmaq imkanları ilə bağlı bir çox məsələləri öyrənmişik. Biz davamlı səylər göstərərək bu əməkdaşlığın hamımız üçün məhsuldar olmasını təmin etmək məqsədilə daha da böyük sürətlə fəaliyyət göstərmək istəyirik. Ölkənizi bu əməkdaşlığa açıq etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Bu əməkdaşlıq vasitəsilə Siz də qeyd etdiyiniz kimi, neft və mədən sektorunda müəyyən əsas sahələrin inkişafı üçün ölkəmizdən dəstək əldə edə bilərsiniz. Azərbaycanın ərsəyə gətirdiyi dövlət xidmətlərinin göstərilməsi mexanizmi olan "ASAN xidmət"in necə işlədiyinin şahidi olmağı səbirsizliklə gözləyirəm. Bizim sistem "ASAN xidmət" modelindən çox faydalana bilər. Mənə deyilənə görə, bu sistem, sadəcə, görünüşünə görə yox, hansı nailiyyətləri əldə etməsi və insanlara nəyi verməsi baxımından çox böyük təsir bağışlayır. Biz bu sistemin gücləndirilməsini təmin etmək istəyirik.
Sonuncu, lakin mühüm məsələ odur ki, bayaq da qeyd etdiyim kimi, cənab Prezident, mən Sizi ölkənizdə cərəyan edən bu inkişaf prosesləri münasibətilə təbrik etmək istəyirəm. Siz sülh prosesini sürətləndirəcək bir məsələ ilə məşğulsunuz. Mən Sizin ABŞ-da gəldiyiniz razılaşmanı - sülh razılaşmasını gördüm. Nəyə görə mən bu məsələni qabardıram, çünki biz də Ruanda və Konqo Demokratik Respublikası arasında özümüz üçün bir sülh sazişinə nail olmaq istəyirik. Lakin siz müəyyən hədəflərə çatmaq nöqteyi-nəzərindən bizdən irəlidəsiniz. Odur ki, mən Sizi bu münasibətlə təbrik etmək istəyirəm. Lakin, cənab Prezident, eyni zamanda, Sizə deyirəm ki, biləsiniz, Sizin Afrikada, Ruandada dostlarınız var. Ona görə də biz hər iki ölkənin rifah halının daha da sürətləndirilməsi üçün öz aramızda və ölkələrimiz arasında bu dostluq, əməkdaşlıq imkanlarından istifadə etmək istəyirik. Bir daha təşəkkür edirəm.
***
Azərbaycan ilə Ruanda arasında imzalanmış sənədlərin sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub.
Mia.az xəbər verir ki, sonra Azərbaycan və Ruanda prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
***
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də Ruanda Prezidenti Pol Kaqame ilə təkbətək görüşü olub.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycana rəsmi səfərə gələn Ruanda Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.
Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Ruanda Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqameni qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Ruanda Prezidentinə raport verib.
Ruandavə Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident və birinci xanım Qarabağda: İlham Əliyev sakinlərlə görüşdü, yeni kənd və obyektlərin açılışı oldu - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 18:01 GÜNDƏM
-
ADPU Şamaxı filialındaş “Şanlı qələbəmizin və milli qürurumuzun təntənəsi” adlı tədbir keçirilib - FOTOLAR
Bugün, 17:55 CƏMİYYƏT
-
Kəlbəcərdəki ceyran heykəlləri: onlar niyə sahibsiz qalıb? - ŞAİR FƏRYAD EDİR
Bugün, 17:27 CƏMİYYƏT
-
Tərtərdə iki nəfəri öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Bugün, 17:13 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Azercell İKT sahəsində gələcəyin qadın mütəxəssislərinin inkişafına töhfə verir - FOTOLAR
Bugün, 16:28 CƏMİYYƏT
-
Əmlak sahəsində vətəndaşların ən çox aldadıldığı məsələ hansıdır? - İZAHAT
Bugün, 16:21 CƏMİYYƏT
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Daha bir xəbərdarlıq
Bugün, 16:12 GÜNDƏM
-
Bakıda yürüşlə bağlı bu yollarda hərəkət qismən məhdudlaşdırılacaq
Bugün, 16:05 CƏMİYYƏT
-
Seçkilərdə uduzan Trampdan İrana təhdid: "Tezliklə öyrənəcəksiniz"
Bugün, 15:58 GÜNDƏM
-
Sergen Yalçın onları yığmaya çaırdı - Kərəm və İrfana qapı göstərildi + SİYAHI
Bugün, 15:53 İDMAN
-
Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq?
Bugün, 15:24 CƏMİYYƏT
-
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək - Xəbərdarlıq
Bugün, 15:14 GÜNDƏM
-
Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə müzakirə aparıb
Bugün, 15:01 SİYASƏT
-
Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu
Bugün, 14:21 GÜNDƏM
-
Nihat Kahveci canlı yayımda əsəbləşdi: "Boğaram səni..."
Bugün, 14:03 İDMAN
-
Nazir müavnindən dərmanlarla bağlı açıqlama: "Nazirliyi qərarı ilə qeydiyyatdan keçmədən..."
Bugün, 13:45 CƏMİYYƏT
-
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı -Baş Prokurorluq və DİN açıqlama yaydı
Bugün, 13:29 KRİMİNAL
-
DRONLARIN QƏNİMİNƏ ÇEVRİLƏN TÜRKİYƏNİN YENİ SİLAHI: onun hansı imkanları var? - VİDEO
Bugün, 13:09 GÜNDƏM
-
"Netflix"in 10 illik yubileyi: türk aktrisa işəri buraxılmadı - FOTO
Bugün, 13:01 MƏDƏNİYYƏT
-
Gürcüstandaə iki azərbaycanlı qardaş öldürülüb
Bugün, 12:53 KRİMİNAL
-
Sabah yağış yağacaq
Bugün, 12:29 CƏMİYYƏT
-
22 % vergi, oyunçuların isə... - Lotereya və mərc operatorları ilə bağlı dəyşiklik (YENİLƏNİB)
Bugün, 12:17 İQTİSADİYYAT
-
TAKSİ SÜRÜCÜLƏRİ VERGİYƏ NECƏ CƏLB OLUNACAQ? - İZAHAT (YENİLƏNİB)
Bugün, 12:14 İQTİSADİYYAT
-
Emin Mahmudov millidəki karyerasını "nöqtələyir"
Bugün, 12:05 İDMAN
-
İstanbulda kirayə dələduzluğu: bu dəfə İkardiyə 8 milyon "yükləmək" istədilər, lakin... - FOTOLAR
Bugün, 11:47 İDMAN
-
Bakıda Zəfər günü hərbçilərin yürüşü keçiriləcək - MN açıqlama yaydı
Bugün, 11:40 CƏMİYYƏT
-
Gürcüstandakı soydaşlarımızın diqqətinə: 90 günlük müvəqqəti qeydiyyat qaydası dəyişir, rüsum planı var
Bugün, 11:32 GÜNDƏM
-
"Həkim təyinatı olmadan uşaqlara dərman vasitələri verməyin"
Bugün, 11:18 CƏMİYYƏT
-
Seçkini uduzan və ABŞ-a qaçan müxalifət lideri: "Bu sirri məzarıma aparacağam"
Bugün, 11:18 DÜNYA
-
Vincenzo Italiano: "3 xalı zibilliyə atdıq, çox əsəbiyəm"
Bugün, 11:06 İDMAN
-
Milli Məclisə nə qədər pul ayrılır? - DAHA 40 FAİZ ARTIRLIR
Bugün, 10:56 SİYASƏT
-
NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMINDA NƏ QƏDƏR PUL OLACAQ? - Məbləğlər
Bugün, 10:42 İQTİSADİYYAT
-
TÜRKİYƏ ƏHALİSİNİN ÇOXU NƏ İQTİDARA, NƏ MÜXALİFƏTƏ GÜVƏNİR - Daha bir seçki qorğusu təhlükəli vəziyyəti üzə çıxardı
Bugün, 10:39 SİYASƏT