"Gəlin, elə millətə çevrilək ki..." - Zahid Oruc
19-09-2025 [11:58]
"Konstitusiya və suverenlikdən danışmaq təkcə keçdiyimiz ziddiyyətli tarixdən bəhs etmək deyil, yalnız köhnə formasiyaları xatırlamaq, onları mühakiməyə çıxarmaq yox, milyonlarla insanımızın yaşadığı taleyin hansı qanunlarla aparıldığını göstərmək və qalib dövlətin gələcək Baş Planını, yeni qurucu hüquqi platformanı irəliyə sürmək deməkdir".
Mia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda deyib.
Onun sözlərinə görə, Konstitusiya və suverenlikdən danışmaq təkcə keçdiyimiz ziddiyyətli tarixdən bəhs etmək deyil, yalnız köhnə formasiyaları xatırlamaq, onları mühakiməyə çıxarmaq yox, milyonlarla insanımızın yaşadığı taleyin hansı qanunlarla aparıldığını göstərmək və qalib dövlətin gələcək Baş Planını, yeni qurucu hüquqi platformanı irəliyə sürmək deməkdir:
"Artıq bir həqiqət inkaredilməzdir-azərbaycanlılar üçün yaradılan mif-məğlub kimlik, daimi qaçqınlıq əsarətinə son qoyulub, itkilər qanununu qalibiyyət hüququ əvəzləyib.
Konstitusiya-təkcə kağız üzərində qanunlar toplusu deyil, millətin ideallarının və hüquqi kimliyinin pasportudur!
Sovetlərin dağılmasından sonra qəbul etdiyimiz konstitusiya bəyannaməsi və aktı ilə yalnız deklarativ azadlığımızı qazandıq. Müstəqil dövlətin Ana qanunu yalnız 4 il sonra Ulu öndərin iradəsi ilə yazıldı. Ona görə də işğal dövrü ilə Qələbədən sonrakı tarixmiz iki müxtəlif formasiyadır, bir-birindən fərqli eradır.
Məğlubiyyət dövründə Konstitusiya sənədi bütövlüyümüzü yalnız kağız üzərində daşıyırdı. Ana qanunda “ərazilər toxunulmazdır”, yazılsa da reallıqda 20 faiz torpaqlarımız oğurlanmışdı. De-yure onlar vardı, de-fakto yox idi. Suverenliyimiz məhdud xarakerliydi. Xalqımız kədər hissini müstəqiilik və azadlıq duyğusundan daha çox yaşayırdı. Konstitusiyamız pozulan huquqlarımızın simvoluydu. Hamı deyirdi- bunlar bir gün tam reallaşacaq!
O zaman Konstitusiyamızda yazılan “Azərbaycan Respublikası unitar dövlətdir” əvəzinə, torpaqlarımızın üstündə iki dövlət, iki konstitusiya və ikinci saxta prezident təsisatı mövcud idi. Belə ikili mövcudluğu düz 30 il yaşadıq.
Beləliklə, konstitusiyamız işğala qarşı müdafiə sipəri oldu-hüquqi, diplomatik və siyasi baxımdan özünüqoruma qalxanına çevrildi. Ana qanunumuzdan müharibə haqqımız doğuldu.
İndi Konstitusiyamızda yazılan “Azərbaycan vahid və bölünməz dövlətdir” fikri kağızdan çox, torpaqda təsdiqlənib. İndi biz konstitusiyamıza başqa gözlə baxırıq. Əvvəl müdafiə sənədi idi, indi quruculuq proqramıdır!
Konstitusiya bizim şəxsiyyət vəsiqəmizdir-xalq olaraq kim olduğumuzu orda yazmışıq! Müstəqil dövlət qurmaq və suverenlik 1991-ci ildə bizə SSRİ-nin dağılmasından sonra işğala qarşı mübarizə ilə, indi isə qanla qazandığımız haqqdır!
Biz təkcə hərbi texnologiyalarla yox, ilk növbədə, hüquqla, silahlanmışdıq. Onunla da qalib gəldik. İndi Konstitusiyamız da azaddır.
Ərazi bütövlüyümüz bütövlüyümzün ərazisidir. Şəhidlərimiz yalnız torpağı deyil, Konstitusiyamızı da azad etdilər! Onlar bizə təkcə ərazi deyil, şərəfli və hüquqi gələcəyi də miras qoydular! Qələbənin müəllifi ordudur, vəkili Konstitusiyadır, ruhu isə şəhidlərimizdir. Qanla yazılan Konstitusiya heç vaxt silinə bilməz!
İşğal dövrü konstitusiyanın sınağı oldu, o yalnız statik hüquqi sənəd deyil, canlıdır, xalq müqavimətinin və dirənişinin ideoloji bəyannaməsi olduğunu göstərdi. Qələbə Konstitusiyası artıq Zəfərimizin Manifestidir! Onun hər sətrində mübarizə, təntənə və haqqımız var. Əvvəl maddə idi, indi reallıqdır, əvvəl xəyal idi, indi gerçəklikdir. Əvvəl itirilmişdi, indi əbədi qaytarmışıq. Prezident İlham Əliyev azad torpaqlarda hər evin açarını daimi qayıdışın simvolu kimi tədim edir və deyir-siz yurdunuzda əbədi yaşayacaqsınız.
Suverenlik zəiflərə verilən deyil, güclülərin qazandığı haqqdır! Azərbaycanın gələcəyi yalnız azad edilmiş torpaqların yenidən qurulması ilə yeni iqtisadi-sosial rifahda, siyasi-ideoloji yüksəlişindədir. Qarabağda ucalan hər məktəb, hər mədəniyyət mərkəzi, milli suverenliyin simvolu olacaq. Buradan dünyaya yayılan mesaj aydındır: Azərbaycan gələcəyini özü qurur. Konstitusiya və suverenlik sadəcə dövlətçilik terminləri deyil, milli varlığımızın simvoludur.
Ona görə də işğala son qoyan bir xalq Zəfər ideologiyası ilə Qurtuluş məfkurəsindən quruculuq ideyasına, müdafiədən inkişaf fəlsəfəsinə keçir! Biz yarımçıq suverenlikdən tam siyasi kimliyə keçirik!
Yeni milli ideologiyamız üç sütun üzərində qurula bilər:
• Suveren düşüncə- təkcə sərhədlərinə deyil, uğur hekayələrinə, və siyasi gündəliiynə özü nəzarət edən, yalnız torpaqlar üzərində yox, düşüncə, ideya və informasiya məkanında da qazanılan müstəqillik!
• Ədələtin Zəfəri-hər bir vətəndaş Konstitusiyada öz haqqını-hüququnu görməlidir.
• Gələcək hədəfləri birgə quraq- Biz indi gələcək nəsillər üçün modern, güclü, hüquqa əsaslanan, texnologiyaya və ədalətə söykənən bir dövlət qurmalıyıq.
Sülhün inşası və bölgədə barışın yaradılması suverenliyin təminatçısı olacaq. Biz silahla qazandığımızı qanunlarla qorumalıyıq! Suverenlik dövlətin xalqı yaxşı yaşatmaq vəzifəsidir. Konstitusiya sadəcə əraziyə sahib olmaq, hipotetik hüquqlar deyil, məcburi legitimlikdir. Qələbəmiz 90-cı illər işğalın və ərazi iddialarının simvoluna çevrilən Ermənistan Konstitusiyasını dəyişdirməkdədir.
Ali Baş Komandan göstərdi ki, biz artıq itkilərin varisləri deyilik-Qayıdışın memarlayırıq! Gələcək nəsil yalnız coğrafiyanı deyil, qələbəmizi miras almalıdır. Uğur hekayələrimizi beynəlmiləlləşdirməliyik-qisas üçün deyil, mənəvi coğrafiyamızı genişləndirmək naminə.
Gəlin, elə millətə çevrilək ki, hüquq təkcə döyüşdə xatırlanmansın, həm də gündəlik ədalətdə özünü sübut etsin. Gəlin, konstitusiyaları müharibələr üçün deyil, barış və birgə gələcəyin quruculuğunun kitabına çevirək.
Qanunla ucalan Azərbaycan, Qələbəni əbədi edə bilər.
Biz haqqımızı savaşla bərpa etdik, indi isə onu ədalətlə, qanunla, Konstitusiya ilə yaşatmaq zamanıdır!".
MİA.AZ
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib