Rusiyada azərbaycanlı İjevsk Şəhər Dumasının deputatı seçilib

img

15-09-2025 [10:24]


Rusiyada azərbaycanlı İjevsk Şəhər Dumasının deputatı seçilib.

Bəhruz Əli oğlu Hümbətov Udmurtiya Respublikasının İjevsk şəhərinin 25 saylı İttifaq seçki dairəsindən şəhər dumasına deputat seçilib.

Onun namizədliyi rayonda təxminən 56 faiz səs toplayıb.

Qeyd edək ki, Bəhruz Hümbətov 1978-ci il noyabrın 26-da Gürcüstanın Dmanisi rayonunun Ormaşen kəndində anadan olub. Udmurtiya Dövlət Universitetinin Hüquq, Sosial İdarəetmə və Təhlükəsizlik İnstitutunu bitirib.

Xatırladaq ki, dünən Rusiyada vahid seçkilər günü olub. Ölkənin 21 subyektinə rəhbər, dövlət hakimiyyətinin qanunvericilik orqanlarına və bələdiyyəyə deputatlar seçilib(APA)


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA