İsrail ordusu BMT-yə aid binaları vurub - Qəzzada 

img

15-09-2025 [09:32]


İsrail ordusu Qəzzada əməliyyatı genişləndirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu son 4 gündə Qəzzada Birləşmiş Millətlər Təşkilatının (BMT) Yardım və İşlər üzrə Agentliyinə(UNRWA) məxsus 10 binanı bombalayıb.

UNRWA-nın binalarının bombalanması barədə xəbəri Agentliyin baş komissarı Filip Lazzarinini təsdiqləyib.

O bildirib ki, Qəzza şəhəri və onun şimal sərhəddində artıq təhlükəsiz yer yoxdur: "İnd onlar bizə aid binaları da vurur. UNRWA əməkdaşları  hücumlar səbəbilə Əl-Şati Qaçqınlar Düşərgəsində səhiyyə xidmətlərini dayandırıb. Bizə məxsus ümumilikdə 10 bina son 10 gündə vurulub. Onlardan 8-i məktəb, 2-si sağlamlıq mərkəzi olub"

Tahir Şəlvəli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA