“Azərsun Holdinq” bu ekoloji böhranda harada idi? - İttiham var
11-09-2025 [17:47]
Xəbər verildiyi kimi, Masazır duz gölünə ətrafdakı yayayış məntəqələrindən çirkab suları axıdılır.
Bununla bağlı mediada ürəkbulandırıcı görüntülər yayımlandı. Əhalinin sağlamlığı üçün böyük təhlükə yaranan məsələ tənqid obyektinə çevriləndən sonra aidiyyəti qurumları hərəkətə gətirdi və beləliklə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Masazır düz gölünə tullantı suları axıdanlara qarşı cərimə tədbirləri görüləcəyini açıqladı.
Rəsmi açıqlamada qeyd olunub ki, Masazır gölünün ətrafında bir çox insan qeyri-qanuni şəkildə məskunlaşıb. Bu ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil, ona görə də bəzi sakinlər çirkab suları birbaşa gölə axıdır. Problemin qarşısını almaq üçün iki nasos stansiyası qurulub.
Bu stansiyalar vasitəsilə çirkab sular Masazır gölündən toplanaraq Novxanı kollektoru vasitəsilə Sumqayıtdakı Tullantı Sutəmizləyici Qurğulara ötürülür. Əlavə bir problem isə Masazır gölündən hündürdə yerləşən başqa bir təbii gölün ətrafındakı qanunsuz məskunlaşmalardır ki, oradan gələn çirkab sular da Masazır gölünə axır.
Masazır gölünü kim çirkləndirir?
Görünən odur ki, bu günə qədər aidiyyəti qurum həmin gölə çirkab suların qanunsuz axıdılmasından ya xəbərsiz olub, ya da məsələyə yetərincə diqqət yetirməyib.
Rəsmi açıqlamaya görə, Masazır gölünə axıdılan çirkab suları məsələsi gündəmə gətiriləndən sonra bu sahədə tədbirlər görülüb. Qeyd olunan digər təbii gölün ətrafında qanunsuz məskunlaşma və oraya çirkab su axıdılması faktı isə indi açıqlanır və ilk dəfədir ortaya çıxır. Belə çıxır ki, ya qurumlar bu problemdən indiyə qədər xəbərsiz olublar, ya da xəbərdar olublar, amma tədbir görülməyib.
Yalnız vətəndaşlar niyə cəzalandırılır?
Sözügedən məsələyə görə qanunsuz çirkab su axıdan vətəndaşlar 600-1000 manat məbləğində cərimələnəcək.
Sual yaranır, bu cür ciddi ekoloji problemə görə təkcə vətəndaşlar məsuliyyət daşıyır?
Halbuki bu, məsələ yalnız vətəndaşların deyil, nəzarət və icra orqanlarının da məsuliyyətini ortaya qoyur. Problem uzun müddətdir mövcuddursa və sadəcə göz yumulubsa, aidiyyəti qurumlar (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Abşeron Rayon icra Hakimiyyəti, yerli bələdiyyə) vəzifə borclarını yerinə yetirməyibsə, məsul şəxslərin də xidməti yoxlamaya cəlb olunması aktualdır.
Maraqlı məqamlardan digəri duz gölünün çirkab suları ilə çirkləndirilməsi məsələsinə Abşeron Rayon icra Hakimiyyətininvə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fərqli açıqlamaları oldu. İcra hakimiyyəti duz gölünə çirkab suların yaxınlıqladakı Zəli gölündən axdığını açıqladı. Yəni nə qanunsuz məskunlaşma, nə də o ərazidə kanalizasiya şəbəkəsinin olmaması məsələsinə toxundu.
Təbii ki, bunun da bəlli səbəbi var...
Abşeron Rayon İcra Hakimiyyəti Masazır duz gölünün yaxınlığında, üstəlik kanalizasiya şəbəkəsi olmayan ərazilərdə vaxtilə niyə torpaq sahələri satıb və ya yaşayış binalarının tikintisinə icazə verib?
Nəticə etibarilə dövlət qurumlarının özləri qeyri-qanuni məskunlaşmaya şərait yaradır və sonradan problemləri yalnız vətəndaşların üzərinə atır.
“Azərsun Holdinq” bu ekoloji böhranda harada idi?
Masazır duz gölü uzun illərdir ki, böyük qida istehsalçısı “Azərsun Holdinq” MMC-yə icarəyə verilib və şirkətin burada duz hasilatı üçün zavodu fəaliyyət göstərir. “Azərsun Holdinq” kimi iri şirkətin fəaliyyətində xüsusilə məhsul keyfiyyəti ön planda olmalıdır. Amma nə baş verib? “Azərsun Holdinq” illərdir bu göldə duz hasil edir, amma gölün içindəki ekoloji fəlakətə “kor” olaraq... Bu gün hər kəsin süfrəsində olan, minlərlə ailənin gündəlik istifadə etdiyi duz məhz bu çirkaba qərq olmuş göldən çıxarılır.
Sual olunur: Kanalizasiya suları ilə çirklənmiş bu gölün duzu hansı sanitar normalara uyğun istehsal olunur? Süfrələrimizə qədər gəlib çatan duzun çirkab sulara qarışmasına “Azərsun Holdinq” necə göz yumub?
Məhz “Azərsun Holdinq”in Masazır duz gölünün çirkab sularla çirklənməsi məsələsinə sükutla yanaşması, ictimai qınaqdan yayınması da başadüşülən deyil. Susmaq məsuliyyəti üzərinə almamaq üçün ən rahat seçim olsa da, “Azərsun”un susması əslində bir cavabdır...
Cərimə çıxış yoludurmu?
Qeyd etmək yerinə düşər ki, vətəndaşların və ya məsul şəxslərin cərimələnməsi formal addımdır. Bu, gölün ekosistemini xilas etməyəcək. Əgər çirkab suların gölə axıdılması davam edəcəksə, göldən alınan duz birbaşa insan sağlamlığı üçün risk mənbəyinə çevriləcək. Bu isə birbaşa cinayət məsuliyyəti yaradır...
Alçina Amilqızı, Bizim.Media
Şirvanda toyda 36 yaşlı Mahir Ədilov bıçaqlanıb
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar tədbir keçirilib - Rumıniyada + VİDEO, FOTOLAR
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
Göl qurudulub, plansız tiklilər artıb - Məmurlar Masazırı elə günə qoyub ki... (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Keçmiş vəzifəli şəxs ata evində öldü
Hindistanda müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI