Trampın silahdaşının qətlindən sonra Ağ Ev mühasirəyə alınıb

img

11-09-2025 [10:42]


ABŞ-nin Yuta ştatında sağçı fəal Çarli Kirkin öldürülməsindən sonra Ağ Evin ətrafında müdafiə qurğuları quraşdırılıb və bir neçə küçə bağlanıb.

Bu barədə "The Washington Post" məlumat verir.

Hadisə sentyabrın 10-da baş verib.

Çarli Kirk Yuta Vadisi Universitetinin kampusunun həyətində çıxış edərkən güllələnib. Güllə onun boynuna dəyib. Fəal daha sonra xəstəxanada vəfat edib.

Şahidlər nəşrə bildiriblər ki, universitetdəki tədbir iştirakçılarının çantaları yoxlanılmayıb. Bununla belə, polis və Çarli Kirkin şəxsi mühafizəçiləri də orada olub.

Çarli Kirk Respublikaçılar Partiyasını və ABŞ Prezidenti Donald Trampı dəstəkləyirdi. O, tez-tez media platformalarında çıxış edir, kolleclərdə mühazirələr oxuyur və debatlar keçirirdi./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA