Ət bahalaşdı: "Alıcı qüvvəsi də yoxdur" - VİDEO

img

09-09-2025 [11:40]


Azərbaycanda mal əti bahalaşıb.

Mia.az-ın məlumatına görə, qəssablar bildirirlər ki, yeni qiymətlərlə mal ətinin 1 kilosu 16-17, quzu isə 20-21 manatdır.

Qəssabların sözlərinə görə, xüsusilə mal ətində müşahidə olunan qiymət artımı rayonlarda heyvanların baha olması ilə əlaqəlidir: “Alıcı qüvvəsi də yoxdur. Camaat ət ala bilmir. Çox bahadır”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ət və ət məhsulları demək olar ki, hər ay bahalaşıb. İlin yanvar-iyul aylarında qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən orta hesabla 6,8 faiz artıb.

Ətraflı “Baku TV”nin süjetində:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA