Cüdo Federasiyasında qalmaqal - "Dedi ki, ora səni Gənclər və İdman Nazirliyi göndərib və..."
05-09-2025 [09:46]
Azərbaycan Cüdo Federasiyası rəhbərliyi 14 ildir, cüdo idman növü ilə məşğul olan və Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən Musa Hüseynlini işdən çıxarıb.
Mia.az-ın məlumatına əsasən, bu barədə Pravda.az-a danışan idmançı bildirib ki, o, dünya oyunlarında üçüncü yerə çıxıb və hər ay 300 manat maaş alıb, lakin bu maaş onun yaşayışını təmin etməyib.
“Federasiyada Rəşad Rəsulluya yaxınlaşdım ki, maaşımı qaldırsın. Mən həm kuryer işləyirdim, həm də idmanla məşğul olurdum. 300 manatla ailəmin və özümün maddi yaşayışımı təmin edə bilmirdim. Aztəminatlı ailədə olduğum üçün bu maaş yetərli deyildi. Həmin vaxt valideynlərim də işləmirdilər. Dünya oyunlarından sonra maaşımı qaldırmadılar. Rəşad Rəsullu mənə dedi ki, sən Azərbaycan çempionatında uduzmusan. Mən də dedim ki, dünya oyunlarında üçüncü yerə çıxmışam, bu, Azərbaycan çempionatından böyük yarışdır. Dedi ki, ora səni Gənclər və İdman Nazirliyi göndərib. Beləliklə, maaşımı kəsdilər. Sonda da dedilər ki, guya mən hansısa radikal dini qruplaşmanın üzvüyəm. Müsəlmanam, namazımı qılıram. Saqqal saxlamaqda qəbahətim nədir? Federasiyada belə bir şeyə qadağa yoxdur. Xarici ölkələrdən neçə idmançı var ki, hamısı saqqaldadır, namaz qılırlar və məşq edirlər. Maaşım kəsiləndən sonra atam Prezident Administrasiyasına getdi. Orada dedilər ki, Musa hələ də 300 manat əməkhaqqı alır. Beləliklə, məlum oldu ki, Federasiya mənim əmək kitabçamı bağlamayıb. 2024-cü ilin noyabrında maaşıma xitam verilib. Necə ola bilər ki, 2025-ci ilin aprel ayına qədər əmək kitabçam bağlanmayıb? Adıma maaş yazılıb, amma kartıma köçürülməyib. Bu maaş hara və kimə gedib? Federasiya mənim 300 manatıma qalıb? Kuryer işində velosipedlə işləyirdim. Sosial yardımla özümə moped alacaqdım. Federasiyanın əmək kitabçamı bağlamamsı səbəbindən bu mümkün olmadı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bildirdilər ki, siz hər ay maaş alırsınız. Federasiyaya bunu bildirdikdən sonra kitabçanı bağladılar. Mən siravi idmançı olmamışam. Ola bilər, hansısa yarışlarda uduzmuşam. Çünki eyni anda kuryer də işləyirdim, məşq də edirdim. İllərlə yığma komandada məşq etdim, amma məni məşqçi kimi götürmədilər. Ölkədaxili və beynəlxalq yarışlarda nəticələrim var. İndi isə fəhlə işləyirəm. Nazirlik və Federasiya hər dəfə başımı aldadır ki, vakant yer olanda çağıracağıq. Mənə bu gün Federasiyanın adından feyk səhifə ilə yazdılar ki, sən bizə iftira atırsan. Vətən müharibəsində könüllü olaraq döyüşdüyüm halda mənə deyirlər ki, hansısa dini qruplaşmanın üzvüyəm. Məni kimlərləsə səhv salırlar. Mən Allaha iman gətirmişəm, namaz qılıramsa, deməli, hansısa terror təşkilatının üzvüyəm? İslam dini mənim inancımdır. Biz heç vaxt vətənimizə, millətimizə xəyanət edən insanlar deyilik. Əsas iftiranı onlar mənə atırlar. 6 ay mənim ümumilikdə 1800 manat pulumu mənimsəyiblər. Haqqımı yeyiblər. Bütün instansiyalara müraciət edəcəyəm”.
Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasında şikayətin araşdırılacağı deyilib.
Qeyd edək ki, Cüdo Federasiyasının prezidenti Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?