Deputatların maaş artımı İndoneziyanı qarışdırdı - Bəzi deputatların evləri yağmalandı, dövlət başçısı Çinə gedə bilmədi
01-09-2025 [00:07]
İndoneziyadaa parlament üzvləriin və əməkdaşlarının maaşlarının artımı ölkədə etiraz dalğası yaradıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma şiddətlənb.
Məlumata görə, qəzəbli etirazşılar bir neçə deputatın evinə basqın edib, bir neçə evi yağmalayıblar.
Xəbərdə deyilir ki, artan etirazlar səbəbindən İndoneziya prezidenti Prabovo Subianto Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı üçün Çinə səfərini təxirə salmaq məcburiyyətində qalıb.
İndoneziya prezidentinin sözçüsü Prasetyo Hadi dövlət başçısının səfərinin təxirə salınması ilə bağlı xəbəri təsdiqləyib. O bildirib ki, Subianto belə bir zamanda ölkəni tərk edə bilməzdi: "O, ölkə daxilindəki etirazlara nəzərət etmək məqsədiylə İndoneziyada qalmağı məqsədəuyğun sayıb. Vəziyyətlə bağlı Çin hökumətinin dəvətinə qatıla bilmədiyi üçün üzrxahlıq olunub".
Bu arada ABŞ, Yaponiya, Avstraliya və Sinqapurun Cakartadakı səfirlikləri İndoneziyadakı vətəndaşlarına etiraz zonalarından çəkinmələri barədə xəbərdarlıq edib. Bəzi ölkələr İndoneziyaya səyahət səfərləri ilə bağlı xəbərdarlıq ediblər.
Qeyd edək ki, avqustun 28-də İndoneziyanın paytaxtı Cakartada Milli Parlament binası yaxınlığında parlament üzvlərinin maaşlarına qarşı keçirilən nümayişə hüquq-mühafizə orqanları ilə toqquşma olub. Bu zaman nümayişin yaxınlığından keçən motosiklet sürücü 21 yaşlı Affan Kurniavanın polis tərəfindən vurulması vəziyyəti daha da qəlizləşdirib. Bundan sonra aksiya iğtişaşa çevrilib.
İndoneziya prezidenti Subianto 21 yaşlı gəncin ölümündə polisi təqsirli sayıb: "Təəssüf ki, vəzifəsini yerinə yetirən polis əməkdaşları səlahiyyətini aşan hərəkətə yol verib. Məsələ araşdırlır, günahkarlar araşdırmanın nəticəsinə uyğun olaraq cəzalandırılacaq".
Məlumata görə, həmin hadisəyə görə 7 polis əməkdaşı saxlanılıb: "Buna baxmayaraq, aksiyalar paytaxt Cakarta ilə yanaşı, Yoqyakarta, Bandunq, Semaranq, Surabaya və Medan şəhərlərinə də yayılıb".
Samir MUSAYEV
MİA.AZ
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb