BQXK-nın Bakıdakı ofisinin bağlanacağı tarix açıqlandı

img

29-08-2025 [14:13]


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) sentyabrın 3-ü Bakıdakı ofisini bağlayacaq.

Bu barədə BQXK-nın Ermənistandakı nümayəndəliyinin rəhbəri Dafne Mare jurnalistlərə açıqlamasında bildirib. 

Marenin sözlərinə görə, bununla belə, Azərbaycan rəhbərliyi ilə iş davam etdiriləcək və bu istiqamətdə müzakirələr davam edir. 

O xatırladıb ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətnində itkin düşənlərin taleyinin araşdırılması üçün beynəlxalq strukturlarla işin zərurəti qeyd olunub: “BQXK neytral təşkilat olaraq öz xidmətlərini təklif etməyə davam edəcək”.

Xatırladaq ki, bir müddət əvvəl BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin ölkəmizdə fəaliyyətini dayandırması ilə bağlı məlumat yayılmışdı(qafqazinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA