Ermənistanlı konsul saxlanıb - Diplomat xanım casusluqda ittiham edilir

img

29-08-2025 [11:12]


Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan ölkəsinə qayıdarkən saxlanılıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı “Hraparak” qəzeti məlumat yayıb.

Belə ki, qadının üzərində sənədlər aşkar edilib və onun Azərbaycanın xeyrinə casusluqda şübhəli bilindiyi deyilib.

Daha sonra Ermənistanın Milli Təhlükəsizlik Xidməti əməkdaşları Xarici İşlər Nazirliyində axtarış aparıb, kompüterləri yoxlayıb, sənədləri araşdırıblar.

Qeyd edilib ki, Aşxen Aleksanyan bir neçə ay əvvəl saxlanılıb. Lakin onun həbsi qalmaqala səbəb ola biləcəyi səbəbindən gizli saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA