İLHAM ƏLİYEVİN YENİ MESAJLARI... - Bir müsahibənin izi ilə (TƏHLİL)
27-08-2025 [14:31]
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində çox maraqlı fikirlər səsləndirib, vacib nüanslara toxunub.
Sülh sazişi niyə imzalanmır?
Prezidentin müsahibəsində diqqət çəkən əsas məsələlərdən biri Ermənistan konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyünə qarşı şübhə doğuran müddəanın mövcud olmasıdır. Bu, hazırki məqamda iki ölkə arasında sülh sazişinin imzalanmamasının əsas səbəbidir. Əliyev bildirib ki, bu müddəa aradan qaldırılmadan rəsmi sülh sənədinin imzalanması mümkün deyil, çünki bu, Ermənistan tərəfindən hələ də ərazi iddialarının konstitusion səviyyədə qorunması deməkdir.
Buna baxmayaraq, Prezident vurğulayıb ki, ABŞ lideri Donald Trampın dəstəyi ilə Vaşinqtonda paraflanmış sənəd müharibənin bitdiyini göstərir və tərəflər arasında real, davamlı sabitliyin təməlinin qoyulduğunu ifadə edir.
Əliyevin sülhə yanaşması ilkin baxışda ehtiyatlı görünsə də, reallıqla üst-üstə düşür. Çünki sülh yalnız imzalanan sənədlə deyil, tərəflərin daxili hüquqi və siyasi mövqelərində dəyişikliklərlə mümkün olur. Ermənistan konstitusiyasında dəyişiklik edilmədən sülh sənədinin imzalanması həm formal görünə bilər, həm də gələcəkdə yenidən problemlərin alovlanma riskini daşıyar.
Ermənistan bu müddəanı aradan qaldırsa, bu, Cənubi Qafqazda uzunmüddətli sabitliyin təminatı üçün real zəmin yaradacaq. Prezident qeyd edir ki, belə dəyişikliklər regionda yeni əməkdaşlıq imkanlarının açılmasına, xüsusilə nəqliyyat, enerji və təhlükəsizlik sahələrində tərəfdaşlığın inkişafına səbəb olacaq.
Tramp dəhlizi
Prezident müsahibədə Zəngəzur dəhlizi ilə bağlı fikirlərini də bölüşüb. Xüsusilə, Donald Trampın bu dəhlizə öz adını verməsi məsələsi diqqət çəkir. Əliyev bildirib ki, Tramp dəhlizə öz adını verdikdən sonra layihənin çox yaxın zamanda reallaşacağına əmindir.
Bu, yalnız rəmzi jest deyil, həm də ABŞ-ın bu layihədə maraqlı və potensial iştirakçı ola biləcəyinə işarədir. Daha dəqiq desək, amerikalı investorların dəhlizin inşasında iştirak etməsi mümkündür ki, bu da layihənin beynəlxalq statusunu və iqtisadi cəlbediciliyini artıracaq.
Prezident açıq şəkildə qeyd edib ki, Azərbaycan layihəni öz imkanları ilə qısa müddətdə təxminən bir il ərzində reallaşdıra bilər. Lakin əsas məqsəd yalnız yolun tikilməsi deyil, həm də onun istismarında beynəlxalq təhlükəsizlik zəmanətlərinin təmin olunmasıdır. Bu, sırf logistika məsələsi deyil, həm də psixoloji və siyasi güvənliklə bağlıdır. Ermənistanla uzunmüddətli qarşıdurma şəraitində Azərbaycan vətəndaşlarının, xüsusən də Naxçıvandan əsas hissəyə səyahət edənlərin özlərini təhlükəsiz hiss etməsi prioritetdir.
Dövlət başçısı həmçinin Ermənistanın layihədə hələlik passiv mövqedə olduğunu vurğulayıb. Əsas işlər artıq Azərbaycanın öz ərazisində həyata keçirilib, indi isə sıra Ermənistandadır.
Rusiyaya münasibət
Prezident İlham Əliyev Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulmasına da toxunub. O, bu hadisəni açıq şəkildə tənqid edib. Dövlət başçısının sözlərinə görə, bu, sadəcə texniki nasazlıq və ya təsadüfi insident deyil, mövcud təhlükəsizlik protokollarının kobud şəkildə pozulmasının nəticəsidir. Ən əsası, bu hadisə Rusiya tərəfinin məsuliyyətsiz davranışını və mülki hava nəqliyyatına laqeyd münasibətini göstərir.
Prezident xatırladıb ki, Rusiya hava limanları dron hücumlarına məruz qaldıqda “xalça” (rusca “kavyor”) rejimi tətbiq olunur və bütün təyyarələrə xəbərdarlıq göndərilir. Belə hallarda təyyarələr ya geri dönür, ya da təhlükəsiz zonalara yönləndirilir. Lakin bu dəfə həmin protokol tətbiq edilməyib. Hətta oxşar marşrutda uçan digər Azərbaycan təyyarəsinə xəbərdarlıq edilərkən, bu dəfə siqnal yalnız təyyarə vurulduqdan sonra verilib. Əliyev bunu manipulyasiya cəhdi kimi qiymətləndirir — sanki məsuliyyətdən yayınmaq üçün sonradan araşdırmalar çaşdırılmağa çalışılır.
Bu məsələdə prezidentin mövqeyi prinsipialdır: Azərbaycan belə davranışı qəbul etmir və gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün məsuliyyət və şəffaflıq tələb edir.
Müsahibədə Əliyev Rusiya ilə bağlı başqa mövzulara da toxunub. O, Azərbaycanın beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə prinsipial yanaşmasını yenidən vurğulayıb. Uzun illər ərazi bütövlüyü pozulmuş ölkə olaraq, Azərbaycan bu məsələyə həssas yanaşır və Rusiyanın Ukraynaya müdaxiləsinin ilk günlərindən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bu mövqe dəyişməz olaraq qalır.
“Əl-Ərəbiyyə” jurnalistinin “Azərbaycanın etməyə çalışdığının qarşısını almaq üçün Rusiyanın hər hansı bir hərəkətə əl atacağından qorxmursunuz? Mən coğrafiyanı, dəhliz və sair məsələləri nəzərdə tuturam” sualına cavabında Prezident bildirib ki, Azərbaycan torpaqlarında rus əsgəri yoxdur. Rusiyanın regiondakı hərbi mövcudluğu əsasən Ermənistana aiddir, orada hərbi baza və bir neçə minlik heyət fəaliyyət göstərir. Ermənistanın İran və Türkiyə sərhədləri isə Rusiya sərhədçiləri tərəfindən qorunur.
Prezident mənfi ssenarilərə fokuslanmaq istəməsə də, incə mesajla hər cür təhdid və provokasiyanın qarşı tərəfdən gələ biləcəyini istisna etməyib. Bu məqamda məsuliyyət daha çox Ermənistandadır.
Tarixi perspektiv
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və faciəli taleyi barədə də danışıb. 1917-ci ildə Rusiya imperiyasının süqutundan sonra, 1918-ci ilin mayında müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını vurğulayıb. Lakin bu müstəqillik uzun sürməyib, 1920-ci ilin aprelində sovet Rusiyasının ordusu Azərbaycana daxil olaraq dövlətimizi işğal edib.
Sovet hakimiyyətinin növbəti zərbəsi kimi, 1920-ci ilin noyabrında Zəngəzurun qərb hissəsi, yəni “Qərbi Zəngəzur”, Azərbaycanın ərazisindən Ermənistana verilib. Nəticədə Azərbaycan iki hissəyə bölünüb əsas hissə və Naxçıvan Muxtar Respublikası, aralarında isə Zəngəzur yerləşir.
Bu tarixi faktların xatırladılması təsadüfi deyil. Dövlət başçısının çıxışı Azərbaycan tarixinin mühüm mərhələlərini xatırladır və indiki regional vəziyyətin düzgün anlaşılmasına yardım edir. Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda sülhün təmin olunması üçün bu tarixi dərslərin nəzərə alınması vacibdir. Bu, həm Ermənistan üçün, həm də dünya ictimaiyyəti üçün Cənubi Qafqazda münaqişələrin necə və kim tərəfindən yaradıldığını aydınlaşdıran mesajdır.
İranın narahatlığı
Müsahibədə Prezident Zəngəzur dəhlizinin regional nəqliyyat sistemində oynayacağı mühüm rolu da qeyd edib. O bildirib ki, hazırda planlaşdırılan Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropadan başlayaraq Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Fars körfəzinə qədər uzanır. Bu dəhliz əsasən Azərbaycan ərazisindən və qismən Xəzər dənizinin sahilindən keçir, hazırda Azərbaycanla Rusiya sərhədi arasında dəmir yolu və magistral yollar tam hazırdır. Çatışmayan hissə isə İran ərazisindədir və onların təxminən 150 kilometrdən çox yol tikməsi bir neçə il vaxt tələb edir.
Prezident əlavə edib ki, Zəngəzur dəhlizi bu əlaqələri tamamlayaraq Şimal-Cənub istiqamətində əlavə marşrut yaradacaq. Bu yol vasitəsilə Şimali Avropadan Rusiyaya, Azərbaycana, oradan Zəngəzurdan Naxçıvana, sonra isə İran vasitəsilə Fars körfəzinə çıxmaq mümkün olacaq. Beləliklə, Zəngəzur dəhlizi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizi kimi fəaliyyət göstərəcək.
Bu yeni marşrut regionda nəqliyyat əlaqələrini genişləndirəcək və bütün tərəflər üçün faydalı olacaq. Prezident bildirib ki, Azərbaycan regional əməkdaşlığı gücləndirmək üçün bütün səylərini göstərəcək və İran hökumətinin də bu məntiqli yanaşmanı başa düşdüyünü düşünür.
Beləcə, Əliyev bir daha qeyd etmiş oldu ki, layihə İranın narahatlığını artırmır, əksinə, Tehran üçün də müəyyən dividendlər yaradacaq.
Turan Rzayev
MİA.AZ
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub