Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan.. - Onlar yenidən hakim qarşısına çıxarıldı
25-08-2025 [20:47]
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 25-də davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.
Zərərçəkmiş Sahib Əsgərov ifadəsində bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Kəlbəcərdən məcburi köçkün düşüb. Deyib ki, şəhərə hücumlar nəticəsində qohumlarından həyatını itirənlər və yaralananlar olub. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualını cavablandıraraq vurğulayıb ki, Kəlbəcər sakinləri şəhəri tərk edərkən onlara çıxış üçün yol belə verilməyib.
Zərərçəkən Kəlbəcərdə “Tunel” faciəsinin şahidi olduğunu da diqqətə çatdırıb. O, ifadəsində, həmçinin düşmən tərəfdən xaricdən gətirilmiş muzdlu döyüşçülərin də olduğunu bildirib. “Qəbiristanlıqlarımızı dağıdıb, mədəni tarixi-dini abidələrimizi öz adlarına çıxarıblar”, - deyə S.Əsgərov əlavə edib.
Dövlət ittihamçısı Təranə Məmmədovanın sualını cavablandıran zərərçəkən Sabir Quliyev Şuşanın Göytala kəndinin sakini olduğunu, 1992-ci il mayın əvvəlində şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və məcburi köçkün düşdüyünü vurğulayaraq söyləyib: “Əmim oğlanları Tahir və Rəfael Quliyevlər həlak oldular. Tahir Quliyevin meyiti hələ də tapılmayıb”.
“Şuşanın işğalı zamanı qarşı tərəf dinc əhaliyə humanitar dəhliz vermədi. Laçından keçəndə isə Gorus tərəfdən artilleriya atəşinə məruz qaldıq. Orada yaşlı qadın həlak oldu”, - deyən zərərçəkən əlavə edib ki, torpaqlarımız işğaldan azad olunandan sonra atasının qəbrini ziyarət edəndə onun məzarının dağıdıldığını, bəzi başdaşlarının çıxarıldığını görüb.
“Mülkümüzü, təsərrüfatımızı, var-dövlətimizi əlimizdən aldılar. Kəndlərimizi dağıdıblar, sakinlər evlərini belə tapa bilmirdilər. Torpaqlarımızı elə bir vəziyyətə salıblar ki...”, - deyə o diqqətə çatdırıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualını cavablandıran zərərçəkən Almaz Ağayeva bildirib ki, ailəsi ilə Xankəndi şəhərinin “5-ci paralel” küçəsindəki evdə yaşayıb. 1988-ci ilin sentyabrında təzyiqlərə dözməyərək Şuşaya köçüblər. “Mən Qarabağ İpək Kombinatında işləyirdim. Erməniləri gətirib Xankəndiyə doldururdular, azərbaycanlıları döyürdülər. Belə təzyiqlərə dözməyərək çox əzab-əziyyətlə meşədən keçib cığırlarla Şuşa şəhərinə gəldik. 1992-ci ildə isə Şuşadan da məcburi köçkün düşdük. Qonşum Zöhrə Quliyeva orada qətlə yetirildi. Atam da yaralanmışdı. Zirzəmidə qalırdıq. Artilleriyadan atəş açırdılar”, - deyə o, hadisələri xatırlayıb.
Zərərçəkən Sevda Həsənova ifadəsində 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Füzuli rayonundan məcburi köçkün düşdüyünü söyləyib. Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran S.Həsənova deyib: “Mülki əhali ilə hərbçilər arasında heç bir fərq qoyulmurdu. Qonşumuzun həyətinə “Qrad”la atəş açmışdılar, qızın bədəni parça-parça olmuşdu”.
O vurğulayıb ki, torpaqlarımız işğaldan azad ediləndən sonra oraya qayıdanda qəbiristanlıqlarda məzarların dağıdıldığının şahidi olub.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında zərərçəkən Araz Cəbrayılov 2023-cü il sentyabrın 19-da Xankəndi yaxınlığında meşədə pusquya salındıqlarını və açılan atəş nəticəsində yaralandığını bildirib.
Zərərçəkən Nadir Məmmədov ifadəsində 1993-cü il oktyabrın sonlarında Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilandan məcburi köçkün düşdüyünü və yaralandığı söyləyib: “Mülki əhaliyə rayondan çıxmaq üçün heç bir humanitar dəhliz verilmədi, sakinlər atəşə tutulurdu. Araz çayından keçib xilas olmuşuq”.
O, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış evlərinin şəklini göstərərək qeyd edib ki, 1991-ci ildə tikdikləri evdə cəmi 2 il yaşaya biliblər. “Evlərimizə, məscidlərimizə, qəbiristanlıqlarımıza vurulan zərərin ödənilməsini tələb edirik. Qəbiristanlıqlarımızda qəbirlərimiz də dağıdılıb”, - deyə o əlavə edib.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkən Nəriman Ələsgərov ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Zəngilandan məcburi köçkün düşdüyünü bildirib. Deyib ki, Zəngilanın işğalı zamanı poçtalyon vəzifəsində çalışan Bəhmən adlı şəxs artilleriya atəşi nəticəsində öz həyətində həlak olub. “Qısa müddət ərzində bir neçə kəndi işğal etdilər, əhali kəndlərdən ayaqyalın qaçmağa məcbur oldu. Vəli dayının ailəsini qətlə yetirdilər. İsmayıl dayını ruhi xəstə oğlu ilə birlikdə tanka bağlayaraq sürüyüb öldürdülər. Əhaliyə humanitar dəhliz verilməmişdi. Kəndləri işğal edən kimi yandırırdılar”, - deyə o vurğulayıb.
Nəriman Ələsgərov Zəngilan işğaldan azad olunandan sonra oraya qayıdarkən kəndlərdə daşın daş üstə qalmadığını, qəbiristanlıqların dağıdıldığını gördüyünü söyləyib.
Zərərçəkənlər təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarını da cavablandırıblar.
Sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Arkadi Qukasyanın cinayət işi üzrə verdiyi ifadələr elan olunub.
Məhkəmə prosesi avqustun 28-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar(azertac).
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub