“Araz-Naxçıvan” Şahin Diniyevin oğlu ilə anlaşıb

“Araz-Naxçıvan” Şahin Diniyevin oğlu ilə anlaşıb

İDMAN

25.08.2025, 17:13

“Araz-Naxçıvan” baş məşqçi Şahin Diniyevin oğlu ilə anlaşıb.

Klubdan Mia.az-a verilən məlumata görə, Şahin Diniyevin oğlu Coşqun Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən C.Diniyev müxtəlif illərdə Premyer Liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib. O, Türkiyənin “Ümraniyəspor”, “Bandırmaspor” komandalarının hər birində bir mövsüm keçirib. 30 yaşlı futbolçunun son klubu isə “Çorum” olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR