Baş məşqçi: "Kerem "Benfika"da olmaqdan xoşbəxtdir"

img

21-08-2025 [07:48]


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında ötən gecə "Fənərbağça" ilə İstanbulda 0-0 bərabərlikdən sonra "Benfika"nın baş məşqçisi Bruno Lage mətbuat konfransında açıqlama verib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, oyuna çox yaxşı hazırlaşdıqlarını bildirib.

Bruno Lage deyib ki, ikinci hissədəki qırmızı kart planını pozub: "Bu matça çox yaxşı hazırlaşdıq. İlk hissədə oyuna nəzarət etdik. İkinci hissəyə də əla başladıq. Daha çox hücum edib qalib gəlmək üçün iki əvəzetmə etdik. Təəssüf ki, qırmızı vərəqədən sonra oyunun strategiyası dəyişdi. Bununla belə komandam yaxşı mübarizə apardıq".

Keremin "Fənərbağça"ya transferi barədə suala gəldikdə isə, o, belə cavab verib: "Kerem Aktürkoğlu böyük oyunçudur. Mən onunla işləməkdən həzz alıram. O, "Benfika"da olmaqdan xoşbəxtdir. Mənim işim onu ​​hazırlamaq idi. Digər məsələlər tamamilə prezidentlər arasındadır".

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR