Rəsmi Moskva: "Putin və Tramp arasında 40 dəqiqəlik konstruktiv telefon danışığı olub"

img

19-08-2025 [10:37]


Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında səmimi vəümidverici telefon danışığı olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov deyib.

Yuri Uşakov jurnalistlərə bildirib ki, Tramp Ukrayna prezidenti Vladimir Zelenski və bir sıra Avropa liderləri ilə görüşə fasilə verərək, Putinlə təxminən 40 dəqiqə davam edən telefon danışığı aparıb: "Zəng Trampın təşəbbüsü ilə oldu. Putin Trampa Alyaskadakı sammitdəki qonaqpərvərliyinə və təşkilatçılığına, habelə Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində əldə edilən irəliləyişlərə görə təşəkkür etdi.

Trampın Ağ Evdə Zelenski və bəzi Avropa liderləri ilə yekunlaşan görüşlər barədə Putinə məlumat verdi. Daha sonra Putin və Tramp Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların davam etdirilməsinə razılıq verdilər. Bir sözlə, görüş kifayət qədər konstruktiv keçdi..."

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR