"Azərbaycan Dəmir Yolları" QSC-də qalmaqal: tender anlaşması niyə pozulub? - Şikayət var
19-08-2025 [11:29]
“Azərbaycan Dəmir Yolları” QSC malların alınması, xidmət göstərilməsi barədə müqavilə bağladığı şirkətin pulunu ödəməməkdə ittiham olunur. “Oil Supply” MMC bu qurumu müqavilə öhdəliklərini yerinə yetirməməkdə, şirkətə ziyan vurmaqda günahlandırır.
Mia.az Bizimyol.info-ya istinadla xəbər verir ki, “Oil Supply” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC arasında 5 iyul 2022-ci ildə “traverslərin və polietilen kəmərlərin satın alınması” barədə müqavilə imzalanıb.
Müqavilənin qiyməti 89 min manatdan bir qədər artıq olub. Bunun da təxminən 75,5 min manatını malların dəyəri, qalanını isə ƏDV və başqa xərclər təşkil edib.
Şirkət yükqaldırma qabiliyyəti 60 ton olan 3 ədəd və yükqaldırma qabiliyyəti 80 ton olan 2 ədəd traversləri ADY-yə təhvil verib. Lakin bir müddət sonra ADY malları geri qaytararaq, pullarını ödəməkdən imtina edib. Səbəbini də şirkətə məktub göndərərək belə izah edib ki, yükgötürmə qabiliyyəti 80 ton olan travers çəkisi 76 ton olan taran tipli qartəmizləyən texnikanın qaldırılması zamanı yük tarım vəziyyətə gətirilərkən travers əyilərək deformasiyaya uğrayıb.
Şirkət təmsilçiləri bildirir ki, mallar qaytarılandan sonra geri alınmış traverslərin yükqaldırma qabiliyyətinin yoxlanılması üçün onları bu sahədə ixtisaslaşmış, müvafiq lisenziyaya sahib olan “ATR Caspian” şirkətinə göndəriblər. Bunun üçün şirkətlə müqavilə bağlayıblar. 1 ədəd 60 tonluq və 1 ədəd 80 tonluq olmaqla, 2 traversin yükqaldırma qabiliyyətinin yoxlanılması üçün sınaq keçirilib:
“60 tonluq traversin sınağı zamanı bu travers ilə 68.5 tona qədər, yəni nəzərdə tutulan maksimum qaldırma həddindən 8.5 ton artıq yükü qaldırmaq mümkün olub. 80 tonluq traversin sınağı zamanı isə bu travers ilə 91.1 tona qədər, yəni nəzərdə tutulan maksimum qaldırma həddindən 11.1 ton artıq yükü qaldırmaq mümkün olub. Beləliklə, bu malların qüsurlu mal kimi geri qaytarılması yolverilməzdir”.
ADY-nin sınağı zamanı baş verənlərə gəlincə, şirkət bəyan edib ki, istismarçı yükü qaldırarkən “stop” kəmərlərin fiksasiyasını lazımi şəkildə həyata keçirməyib. Bu da yükün ani surətdə oynamasına, birtərəfli qaydada ağırlaşmasına səbəb olub: “Belə olan halda, qartəmizləyicinin 80 tonluq tam ağırlığı traversin üzərində bərabər paylanmaq əvəzinə, bütün yük traversin bir tərəfinə düşüb. Nəticədə traversin bir tərəfi normadan 100 faiz artıq yüklənib. Bu səbəbdən deformasiya baş verib”.
Şirkət sınaq mallar geri qaytarılandan sonra əlavə sınaqların keçirilməsi və malların yararlı olması haqda rəy alınması üçün 7080 manat (6000 manat+18 faiz ƏDV) pul xərcləməli olub. Bu səbəbdən də şirkət “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı məhkəmədə iddia qaldıraraq, həm malların pulunu, həm də sınaq üçün çəkdiyi xərci tələb edib.
Şirkətin ADY-yə qarşı daha bir şikayəti isə “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə ilə bağlıdır. İddia olunur ki, bu müqavilə üzrə də “Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi bu müqavilə üzrə də öhdəliyə əməl etməyib. Buna görə də 45 min 323 manat tələb edir.
“Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilənin qiyməti bütün vergi və digər xərclər daxil olmaqla 216 min 648 manat təşkil edib.
Müqaviləyə görə, 90 vaqona bu xidmətlər göstərilməliymiş: “Tender zamanı qiymətləndirmə aparılarkən məhz 90 vaqona xidmətlərin göstəriləcəyini nəzərə alaraq qiymət təklifi hazırlamışıq. Şirkətdaxili hesablamaya görə, gəlir əldə etmək üçün ən azı, 55 vaqona xidmət göstərmək vacib idi. Lakin biz cəmi 6 vaqona xidmət göstərə bildik. Bunlardan da cəmi 4 vaqonu təkrar işləmələrlə, Dəmir Yolunun təqsiri üzündən zaman itkisi ilə nəhayət ki, yekunlaşdırdıq. Belə vəziyyətin yaranmasının əsas səbəbi onların öz öhdəliklərini yerinə yetirməməsidir. Müqaviləyə əsasən, vaqonlara xidmətlərin göstərilməsi üçün astar, boya, həlledici maddə, sərtləşdirici maddə, skoç, qoruyucu kağızlar, cilalayıcı kağızlar kimi materialları “Azərbaycan Dəmir Yolları” təqdim etməli idi.
Əfsuslar olsun ki, onların təqdim etdiyi astar, boya, kimyəvi məhlulların hamısının istifadə müddəti bitmişdi. Dəfələrlə bu barədə iradlar bildirilib, “e-mail”lər göndərilib. Ən yaxşı halda, 6 il istifadə müddəti bitmiş astar əvəzinə 1 il istifadə müddəti bitmiş material təqdim edirdilər. Qumlama işini başa çatdırıb, astarın gecikməsi səbəbindən astar vura bilmədiyimizə görə metal yenidən pas atmağa başlayırdı. Bu da əlavə qumlama tələb edirdi. Bir neçə vaqon dəfələrlə qumlanırdı. Bir neçə dəfə də astarlanırdı. Bundan başqa, “Azərbaycan Dəmir Yolları”nın bizə təqdim etdiyi bir neçə vaqon çürük, deşik olduğuna görə onlar üzərində iş aparmaq ümumiyyətlə mümkün deyildi. Çünki bu vaqonlar qumlamadan öncə suvaq olunmalı idi. Bu iş müqavilədən kənar məsələ olduğu üçün məsələ bir neçə ay yenə də gecikirdi. Bəzən işlərin gecikməsi çox kiçik səbəblərə görə baş verirdi. Məsələn, cilalayıcı kağızların, skoçların verilməməsinə görə. Keyfiyyətsiz astar, tiner, boyalar səbəbilə işləri çox böyük gecikmələrlə başa çatdırıb noyabrın sonuna nəhayət ki, 4 vaqonu təhvil vermə mərhələsinə çatdırdıq. Lakin təhvil öncəsi bir neçə vaqonun ya astarı tökülür, ya da boyasında problemlər müşahisə olunmağa başlayırdı. Bu səbəblə yenidən eyni vaqonları təkrar işləməli olurduq. Bizdən asılı olmayan səbəblərə görə - qarşı tərəfin təqsiri üzündən xidmətlərin göstərilməsi bu qədər uzandığına görə xərclərimiz dayanmadan artırdı. Bu şəraitdə işlərə davam etmək həm vaxt itkisi, həm də əlavə xərclərin artmağı deməkdir. Dəfələrlə “Azərbaycan Dəmir Yolları”nın deposuna müraciət etsək də, bizə işləmək üçün keyfiyyətli materiallar təqdim olunmur”.
Şirkət vaxtı keçmiş materialların şəkillərini də məhkəməyə təqdim edib.
“Azərbaycan Dəmir Yolları” QSC isə bu iddiaların heç biri ilə razılaşmır. Bu qurumun təmsilçisi bildirib ki, şirkət özü öhdəliyə əməl etməyib - xidmətləri tələb olunan qaydada göstərə bilməyib. Faktiki göstərdiyi işin xidmət haqqı isə ödənilib.
Traverslər və polietilen kəmərlərlə bağlı müqaviləyə gəlincə, ADY vurğulayıb ki, mallar təhvil alınandan sonra sınağı keçiriləndə travers əyilib və istifadəyə yarasız olub. Bundan sonra malların qəbulundan imtina olunub: “Şirkət 2023-cü ildə məhkəməyə müraciət etmişdi. Məhkəmə o zaman qərara gəldi ki, yerində müayinə aparılsın. Müayinə zamanı traverslər yararlı çıxdığı halda, ADY müqavilə üzrə bütün ödənişləri, həmçinin qarşı tərəfin ekspert kimi cəlb etdiyi şirkətin xidmət haqqını tam ödəməyi üzərinə götürmüşdü. Məhkəmənin iştirakı ilə Biləcəri stansiyasında yerində müayinə aparıldı. Traversi bağlayıb lokomotivi yüxarı qaldırmağa hazırlaşanda ekspert yükü qaldırmağa icazə vermədi. Bildirdi ki, qaldırmayın, travers əyiləcək. Bununla yerində müayinə yekunlaşdı. Növbəti gün şirkət ərizə ilə müraciət etdi ki, traverslərin istehsalçısı Rusiya zavodudur, onlarla danışıqlar müəyyən vaxt apardığından kommersiya mübahisələrini məhkəmədən kənar həll etmək qərarına gəliblər. Ona görə iddia ərizəsini geri götürdü. Müqavilənin bağlanıldığı tarixdən 1 ildən artıq müddət keçmişdi, ADY şirkətin illərlə zavodla danışıqlar aparmasını gözləyə bilməzdi. Ona görə traverslə bağlı tələbatını digər mənbədən təmin etdi”.
Məhkəmə ADY ilə mübahisədə şirkəti haqlı sayıb. Şirkətin traverslər və polietilen kəmərlərlə bağlı 93 min 225 manatlıq iddiası (malların pulu, sınaq üçün çəkilmiş xərc və s.) təmin olunub. Şirkətin iddiası qalan hissədə isə rədd edilib.
Rəsmi Ankaradan İsrailin qərarına sərt etiraz: "Bu, atəşkəs prosesinə qarşı təxribatdır"
"Ən azı, məğlub olmaq istəmirdik" - Qurban Qurbanov
Nuri Şahinin komandası 5 oyundur qələbə üzünə həsrət qalıb
Ərdoğan Omanın sultanına “Togg” hədiyyə etdi - FOTOLAR
Okan Buruk: "Çempionlar Liqasında qol fərqi də çox vacibdir"
Çempionlar Liqası: "Qarabağ" və "Qalatasaray" meydanda, qapılara 8 qol atılıb (Yenilənib)
Əli İnsanovdan Ramiz Mehdiyevlə bağlı açıqlama: "Burnunu tutsan, canı çıxar, dözməz orada"
İran XİN: "ABŞ-ın əsassız tələbləri davam etdikcə..."
Putin ordunu topladı, nüvə silahı təlimi: qitələrarası ballistik və qanadlı raketlər sınaqdan çıxarıldı - Kreml açıqlama yaydı
Netanyahu ABŞ vitse-prezidenti ilə görüşdə: "Türkiyəni bölgədə istəmirik" - "Biz üzərimizə düşəni edirik, edəcəyik"
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
"Fənərbağça" İH-nin üzvü həbs təhlükəsiylə üzləşib - "Qalatasaray" rəsmisini təhqirə görə
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
QHT işi: Hafiz Həsənovun məhkəməsi başlayıb
Nazirdən daha bir etiraz doğuran təyinat - İşçilərə maşın yudurdan qadın Bakının ən böyük məktəbinə direktor göndərildi
Məşhur aktyorun bacısı saxlanılıb - Keçmiş ərinin sevgilisini döyüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Səmavi dinlər" layihəsi Vatikanda təqdim olunub
Əliyevin Qazaxıstana səfəri: diqqət çəkən məqamlar və bölgənin gələcəyinə hesablanmış addımlar - TƏHLİL
KİMLƏR GƏLİR VERGİSİNƏ CƏLB OLUNACAQ? - DETALLAR
Superliqanın 10 klubundan şikayət olunub - Siyahı
Mirça Luçesku türk futbolçunu Rumıniya millisinə dəvət edib
Yaşayış minimumu və ehtiyac meyarı artırılır - Bu qədər
Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında maarifləndirmə işi aparılıb - FOTO
"Fənərbağça"nın baş məşqçisi iki futbolçuya xəbərdarlıq etdi: "Ya özünüzü düzəldin, ya da..."
Qurban Pirimov direktor təyin olunub
Rusiya uşaq bağçasını bombalayıb - Ölən və yaralananlar var
ARVAD ƏRİNİ GÜLLƏLƏYİB, DAHA SONRA İSƏ... - Bakıda dəhşətli hadisə
Türkiyə ilə Qətər arasında yeni müqavilələr imzalanıb - SİYAHI
AAYDA-ya məxsus şirkətlərin böyük məbləğdə borcları üzə çıxdı - Niyə ödənməyib? (SİYAHI + MƏBLƏĞLƏR)
İlham Əliyev Yaqub Eyyubova "İstiqlal" ordeni verdi: "Siz canla-başla, sədaqətlə..." - FOTOLAR (Yenilənib)
Gülnarə Muxtarova vəzifədən azad olunub
YENİ MEDAL TƏSİS EDİLDİ - FOTO
Ramiz Mehdiyevi "Ağsaqqal"ı sayan məmurlar...
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
Mərkəzi Bankdan Ramiz Mehdiyevin gəlinin adına olan bankla bağlı açıqlama: "...hər hansı bir problem yoxdur"
İsrail telekanalında Türkiyə açıq şəkildə təhdid edilib: "Türk qoşunları bölgəyə girərsə...."
İsrail Fələstinin qanuni ərazilərində hərbi nəzarət məntəqələri yaradıb - Həbslər genişlənib
Estoniya Azərbaycanda səfirlik açacaq