“Qarışqadan fil qayıranlar”, yaxud, öyün yıxılsın, ay ChatGPT… - Təbriz VƏFALI YAZIR
YAZARLAR
19.08.2025, 09:12
Təbriz VƏFALI
***
Uşaqlıqdan qədim silah növlərini çox sevmişəm. Bu səbəbdən tarixi mənbələrdə, tarixi əsərlərdə qədim silahlarla bağlı məlumatları sevə-sevə oxumuşam, tarixi filmlərdə və sənədli filmlərdə nümayiş etdirilən qədim silahları və qədim döyüş növlərini böyük maraqla, heyranlıqla izləmişəm.Hətta bəzi rayonlarda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərində saxlanılan qılınc, yay-ox, nizə, mizraq, döyüş yabası, bıçaq, xəncər, qəmə, balta və digər silahlara dönə-dönə dəfələrlə tamaşa etmişəm.
Rəhmətlik babam deyərdi ki, qədim silahlarla döyüşmək üçün güclü, iradəli, dözümlü olmaq lazım idi. Çünki belə döyüşçülər döyüş zamanı əsl qəhrəmanlıq, gerçək igidlik nümayiş etdirirdilər. Amma sonralar qədim silahların yerlərini odlu və müasir silahlar almağa başladı, igidlik “öldü”.
Ona görə də xalq qəhrəmanı Koroğlu demişdi ki, tüfəng çıxdı, mərdlik getdi…
2000-cu illərə qədər Azərbaycanda sadə vətəndaşların internetə çıxışı məhdud idi, hər kəs onun imkanlarından istifadə edə bilmirdi. Ona görə də elm adamları, jurnalistlər, yazıçı-şairlər və digərləri Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına və digər kitabxanalara gedər, müxtəlif kitabları, sənədləri və sair saatlarla, günlərlə oxuyar, gözlərinin qarasını ağardar, qeydlər götürər və onlardan istifadə edərdilər. Xüsusilə də media əhli Bakını ələk-vələk edər, qapı-qapı düşər, maraqlı müsahibələr, reportajlar hazırlamaq üçün rəqabət aparar, özlərini “həlak” edərdilər.
2000-2010-cu illərdə internetə çıxış geniş vüsət aldı, yeni internet provayderləri yarandı, internet xidmətləri əlçatan oldu, mobil internet və genişzolaqlı internet xidmətləri populyarlaşmağa başladı. Və bununla da istər jurnalistikada, istər ədəbiyyatımızın poeziya və nəsr janrlarında, istərsə də elm və digər sahələrdə ideya oğurluğuna start verildi, plagiatlıq dövrü halal zəhmətin, özünəməxsus beyin məhsullarının başqaları tərəfindən “çırpışdırılması” yarışına başlanıldı. Bununla da Koroğlu demişkən, mərdlik getd…
2022-ci ildə “OpenAl” təşkilatı tərəfindən hazırlanmış “ChatGPT” adlı süni intellektə əsaslanan dil modeli beynəlxalq ictimaiyyətə təqdim olundu. Bu modeldən mətn əsaslı suallara cavab vermək, müxtəlif növ mətnlər yaratmaq, tərcümə etmək, kod yazmaq və sair üçün istifadə etmək mümkündür. “ChatGPT”nin imkanları və potensialları o qədər genişdir ki, bi model vasitəsilə məqalə, şeir, ssenari və sair yazmaq da olar. Başıbatmış “OpenAl”nın yeni ixtirasından sonra Azərbaycanda bütün sahədə, ələlxüsus da media sahəsində “qurbağa gölünə daş atılıb”. Jurnalistikamızda “yeni simalar”, “fikir dahiləri”, “ideya təəssübkeşləri”, “hegemon yenilikçilər”, “peşəkar, təcrübəli və ustad jurnalistlər” ordusu yaranmağa başlayıb.
Necə deyərlər, qandıqları bir qrafa olmayanlar, adlarını və soyadlarını yazanda hərfləri “yeyənlər”, sadə xəbəri fərli-başlı yaza bilməyənlər “ChatGPT”nin imkanlarından istifadə edərək “qarışqadan fil qayırmağa” başlayıblar. Utanıb qızarmadan “ChatGPT”nin köməkliyi ilə “dağı dağ üstünə qoyanlar” peşəkar və təcrübəli jurnalistlərə “həyat dərsi”, “jurnalistika dərsi” keçməyə elə həvəslidirlər ki...
Qəzetlərdə, saytlarda, hətta sosial şəbəkələrdə bəzi xəbərləri, məqalələri, statusları oxuyanda onların müəlliflərini “dahi” adlandıranlar, tanınnmış media mənsublarının həmin müəlliflərin əllərinə su tökməyə yaramadıqlarını iddia edənlər də var.
Bir sözlə, “ChatGPT” yaranandan mərdlik, halallıq, halal zəhmət, alın təri, əl qabarı yoxa çıxıb. “Qarışqadan fil qayıranlar” ordusu peşəkarlara durmadan, dayanmadan meydan oxuyur, gələcəkdə də bu xəmir çox su aparacaq…
Öyün yıxılsın, ay ChatGPT, öyümüzü yıxdın...
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çempionlar Liqası: "Barselona" və "Liverpul" yarışla vidalaşdı
Bugün, 00:59 İDMAN
-
Daha bir bələdiyyə sədri CHP-dən istefa verdi
Bugün, 00:28 SİYASƏT
-
BMT: “Beynəlxalq hüquq dünyada tapdalanır”
Bugün, 00:11 GÜNDƏM
-
Dünyanın ən yaxşı 15 qolkiperi… - Biri Türkiyədə oynayır (SİYAHI)
Bugün, 00:09 İDMAN
-
İsrail ordusu Livanın cənubunu bombalayır
Bugün, 00:08 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - ADLAR + FOTOLAR
14.04.2026, 23:35 ŞOU-BİZNES
-
Okan Buruk İkardinin “kitabını bağlayıb”
14.04.2026, 23:34 İDMAN
-
İsrail və Livan arasında ilk danışıqlar başa çatıb - Vaşinqtonda (Yenilənib)
14.04.2026, 22:53 DÜNYA
-
Bakı dəqiqələr içində belə ağardı - VİDEO
14.04.2026, 22:40 GÜNDƏM
-
Masazırda bir evdə iki qadın öldürülüb - Açıqlamalar (Yenilənib)
14.04.2026, 21:55 KRİMİNAL
-
Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib
14.04.2026, 21:06 GÜNDƏM
-
TƏBİB-ə yeni İcraçı direktor təyin edilib - O, kimdir? (FOTO)
14.04.2026, 20:54 GÜNDƏM
-
Çempionlar Liqası: "Liverpul" PSJ matçından əvvəl reklam şitlərini geri çəkdi
14.04.2026, 20:42 İDMAN
-
Hakan Fidan Pakistan XİN başçısı ilə müzakirə aparıb
14.04.2026, 20:41 DÜNYA
-
""Fənərbağça”ya qalib gələcəyik"
14.04.2026, 20:07 İDMAN
-
"Biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox vacib rol oynayırıq" - Elçin Əmirbəyov
14.04.2026, 20:05 SİYASƏT
-
Trampdan İranla bağlı anons: “İki gün içində yeni görüş ola bilər”
14.04.2026, 19:39 GÜNDƏM
-
“Ayasofya”da təxribat törədən iki yunan hıbs edildi - FOTO
14.04.2026, 19:17 DÜNYA
-
Türkiyənin ən varlı adamı bəlli oldu – FOTO
14.04.2026, 18:39 İQTİSADİYYAT
-
Dövlət Miqrasiya Xidmətindən Azərbaycanda olan Rusiya vətəndaşlarına - Xəbərdarlıq
14.04.2026, 18:39 GÜNDƏM
-
Livan prezidenti: “İsrail hücumları böyük humanitar fəlakətə səbəb olub”
14.04.2026, 18:20 DÜNYA
-
Ceyhun Bayramov Rusiya XİN başçısının müavni ilə görüşdü - Bakıda nələr müzakirə olunub?
14.04.2026, 18:06 SİYASƏT
-
Çindən ABŞ-a etiraz: “Bu, təhlükəli və məsuliyyətsiz hərəkətdir” - Rəsmi Pekin tərəflərə vasitəçilik təklif edib
14.04.2026, 18:00 DÜNYA
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: yenə iclas keçirildi
14.04.2026, 17:35 İQTİSADİYYAT
-
AHİK-də nə baş verir? - Daha iki yüksək vəzifəli şəxs yola salındı
14.04.2026, 17:15 GÜNDƏM
-
Sahibə Qafarova Türkiyəyə gedib
14.04.2026, 17:15 GÜNDƏM
-
Mikayıl Cabbarov "Yüksəliş müsabiqəsi"nin qalibləri ilə görüşüb
14.04.2026, 17:11 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
14.04.2026, 17:00 İQTİSADİYYAT
-
Türkiyəli məşhur aktyor vəfat edib
14.04.2026, 16:53 MƏDƏNİYYƏT
-
Neft Daşlarının yaxınlığında balıqçı batıb - VİDEO
14.04.2026, 16:46 CƏMİYYƏT
-
Bakıda beynəlxalq konfrans keçirilib (Yenilənib)
14.04.2026, 16:37 GÜNDƏM
-
İran naziri: “Neft satışlarımız davam edir”
14.04.2026, 16:28 İQTİSADİYYAT
-
PREZİDENT PULLU YOLLARLA BAĞLI QANUNU TƏSDİQLƏDİ - Nələr olacaq?
14.04.2026, 16:17 GÜNDƏM