Həkimlər daha bir xəstənin lüt görüntüsünü yaydı

img

19-08-2025 [15:48]


Sosial şəbəkələrdə əməliyyat proseduru ilə bağlı daha bir qeyri-etik görüntülər yayılıb.

Mia.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə jurnalist Pərvin Abışova sosial şəbəkə hesabında paylaşım edib. Görüntülərdə qadın xəstənin bədəni çılpaq halda nümayiş olunub.

Jurnalist bildirib ki, videoda Abdullayeva Gülbədə digər həmkarları ilə sözügedən məqamda oynayaraq videoçəkiliş edib.

Pərvin Abışova qeyd edib ki, adıçəkilən tibb işçisi əvvəl saç ustası olub.

Mia.az videoda etik olmayan görüntüləri nəzərə alaraq sayta yerləşdirməyib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR