Onların general rütbələri təqdim edildi - FOTO

img

18-08-2025 [17:25]


Dövlət Sərhəd Xidmətinin ali hərbi rütbələr verilən üç hərbi qulluqçusu ilə görüş keçirilib. 

Mia.az xəbər verir ki, bu gün Xidmət rəisi general-polkovnik Elçin Quliyev həmin zabitlərlə görüşüb.

General-mayor Babək Vahid oğlu Qurbanova general-leytenant, polkovniklər Ceyhun Həsən oğlu Nəbiyev və Azər Əliyusif oğlu Şirinova isə general-mayor rütbələri təqdim edilib.

Qeyd edək ki, bu gün Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümüdür.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA