MMP Siyasi Şuranın toplantısının vaxtını dəyişdi

img

27-08-2014 [15:24]



Bu gün Muasir Musavat Partiyası İdarə Heyəti növbəti toplantısını keçirib.Toplantıda öncə qərarların icrası və görülən işlərə baxılıb. Gündəliyin partiyadaxili məsələlər bölümündə təşkilatlarda vəziyyət , təşkilatların gördüyü işlər haqqında Təşkilatı Məsələlər üzrə sədr müavini Fazil Yusubov məlumat verib .Görülən işlər və qərarlar müzakirə edilərək dəyərləndirilib ,görüləcək işlərlə bağlı yenidən tapşırıqlar verilib.

Qeyd edək ki,MMP bu günlərdə Siyasi Şuranın növbəti toplantısını keçirməli idi,lakin havaların çox isti olmasını nəzərə alan rəhbərlik toplantını sentyabr ayının axırlarında keçirməyə qərar veriblər.İdarə Heyəti qərar verib ki, payız ayına görüləcək işlərin planı həmin vaxta kimi işlənib hazırlansın və Siyasi Şuranın müzakirəsinə verilsin.

Qeyd edək ki ,neçə vaxtır Musavat partiyasından Muasir Musavata keçən şəxslərə partiya biletinin verilməsi və cəmiyyətə təqdimatını da həmin toplantıda həyata keçirmək nəzərdə tutulub

Bundan sonra ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib.

Sonda cari məsələlər müzakirə edilərək toplantı başa çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA